Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 min 258 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 986 nəfər müalicə olunaraq sağalıb, 9 min 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 328 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1020, bu günə qədər isə ümumilikdə 7 milyon 320 min 320 test icra olunub.

AZƏRTAC