Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər ölüb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 min 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 849 nəfər müalicə olunaraq sağalıb, 9 min 942 nəfər vəfat edib. Aktiv xəstə sayı 309 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 112, bu günə qədər isə ümumilikdə 7 milyon 313 min 756 test icra olunub.

AZƏRTAC