YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir
Digər xəbərlər

YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam etdirilir.

Tədbirlər Planı çərçivəsində oktyabrın 26-da partiyanın Qusar, Qaradağ, Masallı, Ağcabədi, Qazax və Ucar rayon təşkilatları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Qusar rayonunda YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, Qaradağ rayonunda YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin üzvü Səbinə Xasayeva, Masallı rayonunda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov, Milli Məclisin deputatı Məşhur Məmmədov, Ağcabədi rayonunda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Qazax rayonunda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Ucar rayonunda YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP İdarə Heyətinin üzvü Bayram Aslanov və başqaları çıxış ediblər.

Çıxışlarda ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin uğurlu nəticələrindən bəhs olunub, Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan əlavə, Tədbirlər Planına uyğun olaraq oktyabrın 26-da YAP Binəqədi rayon təşkilatının gənc fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

X.KOSAYEV,

“Respublika”.