YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir
Digər xəbərlər

YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində oktyabrın 25-də partiyanın Ağstafa, Kürdəmir, Cəlilabad, Ağdam və Quba rayon təşkilatları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Ağstafa rayonunda YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Milli Məclisin deputatı Nizami Cəfərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Kürdəmir rayonunda YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Cəlilabad rayonunda YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov, Milli Məclisin deputatı Əli Hüseynli, Milli Məclisin deputatı Malik Həsənov, Milli Məclisin deputatı Elman Nəsirov, Ağdam rayonunda YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP İdarə Heyətinin üzvü, İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Quba rayonunda YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP İdarə Heyətinin üzvü Elnarə xanım Akimova və başqaları çıxış ediblər.

Çıxışlarda ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin uğurlu nəticələrindən bəhs olunub, Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan əlavə, Tədbirlər Planına uyğun olaraq oktyabrın 25-də YAP Yasamal rayon təşkilatının gənc fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

X.KOSAYEV,

“Respublika”.