Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 56 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 56 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 56 yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 822 min 908 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 601 nəfər müalicə olunaraq sağalıb, 9 min 937 nəfər vəfat edib. Aktiv xəstə sayı 370 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 540, indiyə qədər isə ümumilikdə 7 milyon 303 min 826 test icra olunub.

AZƏRTAC