Şəhid ailəsi ziyarət olunub
Sosial həyat

Şəhid ailəsi ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Muradov Seyfəddin Mahmud oğlunun ailəsini ziyarət ediblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görüşdə şəhid Seyfəddin Muradovun şərəfli döyüş yolundan bəhs olunub. Onun və bütün şəhidlərimizin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Ağstafa rayonunun Böyük Kəsik kəndində yaşayan ailənin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən bütün şəhid ailələri ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilir. Şəhid Seyfəddin Muradovun ailəsi də həmişə sosial dəstəklə əhatə olunacaq. Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.

"Respublika".