TENDER ELANLARI
Region

TENDER ELANLARI

Şamaxı Rayon İcra Hakimiyyəti

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Abadlıq işlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Təkliflər aşağıdakı meyarlarla qiymətləndiriləcəkdir: aşağı qiymət, işlərin yerinə yetirilmə müddətlərinin, avans ödənişinin məbləği, iş planı və təşkilati strukturun, texniki yanaşma və metodologiyanın tender predmetini təşkil edən işlərin icrası baxımından keyfiyyəti və uyğunluğu, təklifdə onun mahiyyətini dəyişdirməyən və ya əsas şərtlər toplusunda göstərilmiş xüsusiyyətlərdən, şərtlərdən və başqa tələblərdən əhəmiyyətli dərəcədə kənara çıxmayan xətalar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu AZ-5600, Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27 (Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binası) (Əlaqələndirici şəxs: Ceyhun Əbilhəsənov, telefon: (+994 20) 265-19-52; +994 50 388 27 76) ünvanından ala bilərlər.

İştirak haqqı: 5.000,00 (beş min) manat 

Bank rekvizitləri:

Hesab: AZ69CTRE00000000000002512731

VÖEN: 8400015691

Bank: Şamaxı YXO

Bank VÖEN: 1401555071

Kodu: 210005

Müxbir hesab: AZ41NABZ013600000000003944

S.W.I.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır):

- Tenderdə iştirak etmək üçün yazılı müraciət;

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- İddiaçının hüquqi statusunu təsdiq edən sənədlər (Nizamnamənin, Dövlət reyestrindən çıxarışın və şəhadətnamənin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti);

- Rekvizitlər (Bank hesabı, hüquqi (qeydiyyat ünvanı) və faktiki (yaşayış) ünvanı. İddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilmiş);

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı (Bank hesabından çıxarış təqdim edildiyi halda çıxarışın əslinin hər bir səhifəsi bankın möhürü ilə təsdiq edilməlidir);

- İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Son maliyyə dövrünə olan məlumatı əks etdirən sənədin əsli);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış (Arayış elektron formada əldə edildikdə notarial qaydada təsdiq edilməlidir);

- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması - (Tələb olunan meyarlar üzrə müvafiq göstəricilər əlavə olunmaqla iddiaçı tərəfindən təsdiq edilmiş arayış);

- Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (Direktor və ya Müqavilə bağlamaq səlahiyyəti olan şəxsin etibarnaməsinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti);

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, habelə müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında müvafiq rəsmi qurumlardan alınmış arayışlar (Arayışlar elektron formada əldə edildikdə notarial qaydada təsdiq edilməlidir);

- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında sənəd (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənədin əsli);

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənədin surəti).

Qeyd: Tələb olunan arayışların qeydə alınma tarixi cari rübü əhatə etməlidir.

- Tender təklifi və tender təklifinin təminatına dair tələblər:

- Tender təklifi - təkliflərin açıldığı gündən sonra azı 40 (qırx) bank günü qüvvədə olmalıdır;

- Tender təklifinin ümumi qiymətinin 1 (bir) %-i məbləğində Tender təklifinin bank təminatı (Bank tərəfindən verilmiş təminatın əsli). Tender təklifinin bank təminatı - tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır.

Tender təklifləri Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 noyabr 2022-ci il saat 11:00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22 noyabr 2022-ci il saat 11:00-dək AZ-5600, Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27 (Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binası) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 23 noyabr 2022-ci il saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi (Direktorun şəxiyyətini təsdiq edən sənəd və ya digər səlahiyyəti olan şəxsin etibarnaməsinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) təqdim etdikdə).