QÜRUR MƏNBƏYİMİZ
Region

QÜRUR MƏNBƏYİMİZ

Vətən müharibəsinin hər günü Azərbaycan xalqının tarixinə şanlı zəfər kimi yazıldı. Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə Cəsarətli  Azərbaycan ordusunun əsgərləri, bu millətin qəhrəman övladları 30 ilə yaxın davam edən işğala son qoyub, canları ilə yeni tarix yazdılar. Yaddaşımız təzələndi, zəfər yaddaşı oldu.   Azərbaycanda vətənin  ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə  dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. 

Bəli, Torpaq uğrunda ölən varsa, Vətəndir!  Vətən müharibəsi şəhidi Şıxıyev Orxan Raqif oğlunun Daşkəsən Şəhidlər Xiyabanındakı məzarı başında qeyd edilən 33-cü doğum günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokuroru Şahin İmanov, rayon Polis şöbəsinin rəisi Seymur Əfəndiyev,  DTX-nın rayon şöbəsinin rəisi Natiq Musayev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Şşəhid Orxan Şıxıyevin məzarına tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Rayon rəhbəri Əhəd Abıyev şəhidin ailəsinə rayon ictimaiyyəti adından bir daha da başsağlığı verib. Çıxışlarda  İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbəmizdən, Orxan Şıxıyevin şərəfli ömür və döyüş yolundan danışılıb. Şəhidlərimizə və qazilərimizə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlıq bildirilib.

Sonra, Əhəd Abıyev Vətən müharibəsi şəhidi Bağırov Eşqin Rafiq oğlunun anım günü münasibətilə rayonun Xoşbulaq kənd qəbiristanlığındakı məzarını ziyarət edib. Şəhidin anım günündə rayon rəhbəri Əhəd Abıyevlə birgə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, rayonun şəhid anaları və qazilər iştirak ediblər. Şəhidin atası Rafiq Bağırov, anası Nazilə Bağırova “TƏKİ VƏTƏN SAĞ OLSUN” söyləyərək,  ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.  Mərasimdə Əhəd Abıyev şəhid Eşqin Bağırovun ailəsinə bir daha da dərin hüznlə başsağlığı verib, habelə şəhidin ömür və döyüş yolundan danışıb. Əhəd Abıyev çıxışında Daşkəsən  rayonunda da şəhid ailələrinə və qazilərə hərtərəfli diqqət və qayğı göstərilməsini bildirərək bu istiqamətdə görülən işlərin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın daim nəzarətində olduğunu qeyd edib.

            Zabit XƏLİLOV,

            “Respublika”.