İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Boks üzrə millimizin heyəti açıqlanıb

Sentyabrın 27-də İtaliyanın Montesilvano şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək. Yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Oğlanlardan ibarət yığma komandamızın tərkibində Faiq Mollayev (46 kq), Bilalhabasi Nəzərov (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq), qızlardan ibarət yığmamızda isə ölkəmizin idman şərəfini Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) qoruyacaqlar.

Yarışın püşkü sentyabrın 26-da atılacaq. Final döyüşləri oktyabrın 4-də olacaq.

 

Taekvondoçularımız Avropa çempionatında mübarizə aparacaqlar

Sentyabrın 27-də Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına start veriləcək. Dörd gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

Çempionatda Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanov (80 kq), qadınlardan ibarət yığmada Sona Ağayeva (46 kq), Qönçə Hüseynli (49 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidova (62 kq) yarışacaqlar.

Komandamız bu çempionatın ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatına da qatılacaq. Qaşım Maqomedov, Həmidrza Sədri, Ruslan Seyidov (hər üçü 58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov (hər ikisi 63 kq), Minayə Əkbərova (46 kq), Röya Hacıyeva və Patimat Abakarova (hər ikisi 49 kq) da mübarizəyə qoşulacaq.

 

Azərbaycan millisi səfərdə Slovakiya yığmasını məğlub edib

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb. Millimiz C Liqasının üçüncü qrupunda Slovakiya yığmasının qonağı olub.

Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılan matçda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.

Azərbaycan yığması sentyabrın 25-də altıncı - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 13 xalla qrup lideri kimi B Liqasına vəsiqə qazanıb. Hesabında 7 xal olan Azərbaycan millisi turnir cədvəlində ikinci pilləyə yüksəlib. Slovakiya 6 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".