Əhalinin məşğulluğu diqqət mərkəzindədir
Region

Əhalinin məşğulluğu diqqət mərkəzindədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin  Bakı və Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə  Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsində işəgötürənlərlə görüş keçirildi.

Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, şəhər icra hakimiyyəti İstehsal və xidmət sahələri sektorunun müdiri Ramin Qasımov, Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev, filialın Təhlil və Tərəfdaşlarla iş şöbəsinin müdiri Vasif Mənəfov və işəgötürənlər iştirak etdilər. İşəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verildi, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə olundu. Daha sonra sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası, digər məşğulluq tədbirləri, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili haqqında işəgötürənlər məlumatlandırıldı, onları maraqlandıran suallar cavablandırıldı.

Sonda Dövlət Məşğulluq Agentliyinin müxtəlif fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənildi.

Tofiq HÜSEYN,

“Respublika”.