TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Azərpambıq ASK" MMC

Elektron Açıq Tenderdə

İŞTİRAK ETMƏYƏ DƏVƏT EDİR

"Azərpambıq ASK" MMC 2019, 2020 və 2021-ci illər üzrə illik, son 36 təqvim ayı üzrə aylıq və rüblük bəyannamələr üzrə vergi əməletməsinin yoxlanılması və yoxlanılan dövr üzrə vergi orqanlarına dəqiqləşmiş bəyannamələrin təqdim edilməsi xidmətinin satın alınmasını həyata keçirir.

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün "asan ödəniş" vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

İştirak haqqı: 250 (iki yüz əlli) manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak edən İddiaçılar aşağıda qeyd olunan sənədləri təqdim etməlidir:

1. Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (Tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır);

2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

3. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

4. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş irovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

5. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

6. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş);

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli);

8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

9. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır.)

10. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması haqqında arayış

11. satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması haqqında məlumat;

12. Azərbaycan Respublikası ərazisində ən azı 10 il daimi fəaliyyətin olması;

13. Dövlət şirkətlərinin mühasibat uçotunun və vergi əməletməsinin təhlili üzrə son 3 ildə əldə olunmuş təcrübəsi olmalıdır (müvafiq iş təcrübəsi sənədləri təqdim edilsin);

14. Xidmətlərin göstərilməsi zamanı ən azı 1 nəfər PMS olan mütəxəssisin layihədə iştirakı;

15. Beynəlxalq mühasibat uçotu üzrə lisenziyaya (ACCA və ya CPA) sahib olan daimi iş yeri Azərbaycanda yerləşən ən azı 7 peşəkar işçinin (Azərbaycan Respublikası vətəndaşı olmaq şərti ilə) olması (bu meyar təqdim olunan lisenziyaların sayı əsasında qiymətləndiriləcək);

16. Layihəyə cəlb ediləcək komandaya rəhbərlik və ya koordinasiya edəcək şəxsin analoji sahə üzrə 10 ildən artıq iş təcrübəsinin olması;

17. Əmək müqaviləsi üzrə çalışan işçi sayının 100 nəfərdən artıq olması;

18. Son 3 il ərzində illik dövriyyəsi ən azı 150 milyon manat olan Azərbaycan Respublikası rezidenti olan ən azı 2 şirkətin vergi bəyannamələrinin təhlili aparması;

19. 1C 8.3 ERP proqramında müstəqil işləmək bacarığına malik olan səriştəli yerli mütəxəssislərin mövcudluğu;

20. İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13.10.2022-ci il saat 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 21.10.2022-ci saat 17:00 qədər, www.etender.gov.az ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 24.10.2022-ci il saat 17:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün əlaqələndirici "Azərpambıq ASK" MMC-nin əməkdaşı Sona Əliyevaya (55)500-13-84, email: [email protected]) müraciət edə bilərsiniz.


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Blok və relelərin satın alınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27IBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 9900007721

Bank: "Azərbaycan Beynəlxalq Bankı" ASC "Nəqliyyat" filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 19 oktyabr 2022-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

- son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əmək haqqı, riskli vergi ödəyicisi olub olmaması və s. haqqında arayış;

- malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi anoloji müqavilələr haqqında məlumat;

- malgöndərənin ("podratçı" və ya "Satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyesterdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

- malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

- tender təklifi (zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin bank təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 25 oktyabr 2022-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə, 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat departamentinə (Satınalma şöbəsi, 1-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Əlikram Qurbanov, Satınalma şöbəsinin mütəxəssisi.

Telefon nömrəsi: +994 12 499-74-58, e-mail: [email protected]

Tender təklifləri 26 oktyabr 2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti, zəmanət müddəti və çatdırılma müddəti.

Tender "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Dənizçi MTK-nın balansında olan yaşayış binalarına dəsmalquruducu radiatorların (suşilka) quraşdırılması xidmətlərinin (mal-material və işçilik daxil) satınalınması məqsədilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2022-ci il oktyabrın 03-ü saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.