Əməkdaşlıq memorandumu imzalanıb
Digər xəbərlər

Əməkdaşlıq memorandumu imzalanıb

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatı arasında qarşılıqlı əməkdaşlıq və əlaqələrin gücləndirilməsi məqsədilə Niderland Krallığında yerləşən "Benilüks Azərbaycanlıları Konqresi"nin baş ofisində əməkdaşlıq memorandumu imzalanıb.

Qurumlar tərəfindən birgə əməkdaşlığa dair imzalanan memorandumda hər iki təşkilatın rəhbərləri çıxış edərək Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatırılmasında və milli vətənpərvər ruhda fəal iştirak edərək dövlətə ictimai dəstək yönümündə ardıcıl səylər göstərəcəklərini bildiriblər.

Qurum rəsmiləri onu da xüsusi olaraq vurğulayıblar ki, bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyərək beynəlxalq əhəmiyyətli ideya və təşəbbüslərlə çıxışlar edəcəklər.

Nicat ABBAS,

"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri.