İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Fəxri kürsünün ən yüksək pilləsində

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Çempionatda 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Veteran cüdoçular qitə yarışlarının ikinci günündə 7 medal qazanıb

Azərbaycanın veteran cüdoçuları dünya çempionatının ikinci günündə 7 medal qazanıblar.

Sentyabrın 9-da sta cüdoçularımız 2 qızıl, 4 gümüş və 1 bürünc medala sahib olublar. M1 yaş kateqoriyası üzrə -73 kq çəkidə Nadir Babayev gümüş medal, -90 kq çəkidə Murad Rəcəbli gümüş medal, 100 kq çəkidə Tural Səfquliyev qızıl medal, +100 kq çəkidə Qurban Məmmədli gümüş medal, M3 yaş kateqoriyası üzrə -73 kq çəkidə Rəşad Quliyev bürünc medal, -81 kq çəkidə Azər Fətullayev qızıl medal və Zülfüqar Hüseynov gümüş medal qazanıblar.

 

Bakıda paracüdo üzrə dünya çempionatı keçiriləcək

Noyabrın 8-10-da Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatında 45 ölkədən 250 idmançı iştirak edəcək.

İdmançılar 18 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti bildirib ki, yarış "Paris-2024" XVII Yay Paralimpiya Oyunlarına ən çox reytinq xalları qazandıran yarışlardandır və bu səbəbdən çempionata olan maraq böyükdür.

Nərgiz İSMAYILOVA,

"Respublika".