TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Tenderə dəvət

"Bakı Sağlamlıq Mərkəzi" publik hüquqi şəxs 2022-ci il üçün aşağıda qeyd edilmiş Lot üzrə açıq tender elan edir: Lot - 2-ci Elan. Dərman preparatlarının və Tibbi sərfiyyat mallarının satınalınması.

Tenderdə iştirak etmək üçün iddiaçılar Lot üzrə 2000 (iki min) manat iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra ödəniş qəbz ilə birlikdə müraciət məktubu Azadlıq pr.112 ünvanına təqdim edə və şərtlər toplusunu əldə edə bilərsiniz.

Alan müəssisə: "Bakı Sağlamlıq Mərkəzi" Publik Hüquqi Şəxs

Bank rekvizitləri:

Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı

Kod: 805614

VÖEN: 9900001881

"Bakı Sağlamlıq Mərkəzi" PHŞ

H/H: AZ96IBAZ38060019446072055207

M/H: AZ03NABZ01350100000000002944

VÖEN:1402500641   

S.W.I.F.T. İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı əsas meyarlara üstünlük veriləcəkdir: Mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, aidiyyatı üzrə ən azı 2 il iş təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.

-tender təklifi - zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır; -tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflər açıldıqdan sonra ən azı 70 bank günü qüvvədə olmaqla (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır) tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi ilə təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmır.

Texniki göstəricilərinə dair meyarlar:

Məhsulların sifariş zamanı qüsursuz və tələb olunan vaxtda ünvana çatdırılması.

Malların funksional xüsusiyyətləri.

Tenderdə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir.

1. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış (arayış 2022-ci ildə verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir);

2. İddiaçının son 1 (bir) ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti. (arayış 2022-ci ildə verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir);

3. İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

4.Son bir il ərzində (fəalyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması. (arayış 2022-ci ildə verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir);

5. İddiaçının tam adı, hüquqi statusu, Nizamnamə;

6. Qeydiyyatdan keçdiyi ölkə;

7. Rekvizitlər;

8. VÖEN;

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (Yüklülük barədə arayış) və satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında sənəd;

10. "Tender iştirakçısının komplekt anket" Forması;

11. "İxtisas göstəriciləri üzrə Məlumat" Forması, ən azı 2 şirkətdən alınmış tövsiyə məktubu.

Tender proseduru haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra yuxarıdakı hesaba lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri , Azadlıq pr.112 ünvanından əldə edə bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri Azərbaycan dilində, 2 nüsxədə (əsli və sürəti) 2 qat zərfdə (hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir) 28.09.2022-ci il saat 12:00 tarixinə qədər, tender təklifi ilə bank təminatı sənədlərini 2 nüsxədə (əsli və sürəti) 2 qat zərfdə (hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir) 06.10.2022-ci il saat 12:00 tarixinə qədər Azadlıq pr.112 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təkliflərinin açılışı 07.10.2022-ci il saat 12:00 tarixində Azadlıq pr.112 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). İddiaçı tender ilə bağlı sualları və tender haqqında əlavə məlumatları aşağıdakı ünvandan ala bilər.

Bakı şəhəri, Azadlıq prospekti 112

Telefon: 051 229 70 20


Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot 1 - 1 nömrəli, 15 mərtəbəli, 1 bloklu yaşayış binasının və 14 nömrəli, 2 mərtəbəli uşaq bağçasının tikintisi.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01, daxili 239, email: [email protected]) ala bilərlər.

Benefisiarın adı: "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti

Hesab nömrə:

AZ18AIIB38030019440029636102

VÖEN: 1701953921

B1. Benefisiar (alan): Kapital Bank ASC

Adı: Mərkəz filialı

Kodu: 200026

VÖEN: 9900003611

S.W.İ.F.T.: AIIBAZ2X

Müxbir hesab:

AZ37NABZ01350100000000001944

İştirak haqqı: 900 (doqquz yüz) manat

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün ərizə;

2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

4. Tender təklifinin təminatı - bank zəmanəti (təklifin ümumi qiymətinin 1 (bir) faizi məbləğində və tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox qüvvədə olmalıdır);

5. Podratçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

lPodratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

lAzərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

lPodratçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

lPodratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

lPodratçının inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surəti;

lPodratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd və formalarda təqdim edilməlidir);

- Podratçının son 3 (üç) il (2019-2021) ərzində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında təhvil verdiyi çoxmənzilli analoji yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15 000 (on beş min) m2 təşkil etməlidir;

- Podratçının son 3 (üç) il (2019-2021) ərzində tikinti-quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 000 000,00 (otuz milyon) manat olmalıdır.

lDigər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 11 oktyabr 2022-ci il saat 17:00-dək Tender Komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 19 oktyabr 2022-ci il saat 17:00-dək yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 20 oktyabr 2022-ci il saat 15:00-da "MİDA" MMC-də açılacaqdır.

 Tender Komissiyası.