Problemlər yerində həll olunur
Region

Problemlər yerində həll olunur

Seyidlər kəndi Saatlı rayonunun qədim yaşayış məntəqələrindən biridir. Təbii ki, hərtərəfli inkişafda olan kənd problemlərdən də xali deyil. Bu günlərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Seyidlər kəndinin sakinləri ilə görüşüb. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı söz açıb.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Əlifağa Talıbov, Behtulla Quliyev, Ağası Talıbov və başqaları mövcud problemlərdən bəhs ediblər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib.

T.YADULLAOĞLU,

"Respublika".