TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs 2022-ci il üçün aşağıda qeyd edilmiş Lot üzrə

AÇIQ TENDER ELAN EDIR

Lot - Dərman preparatlarının və Tibbi sərfiyyat mallarının satınalınması.

Tenderdə iştirak etmək üçün iddiaçılar Lot üzrə 2000 (iki min manat) manat iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra ödəniş qəbz ilə birlikdə müraciət məktubu Azadlıq pr.112 ünvanına təqdim edə və şərtlər toplusunu əldə edə bilərsiniz.

Alan müəssisə: Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs

Bank rekvizitləri:

Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı

Kod: 805614

VÖEN: 9900001881

"Bakı Sağlamlıq Mərkəzi" PHŞ

H/H: AZ96IBAZ38060019446072055207

M/H: AZ03NABZ01350100000000002944

VÖEN:1402500641           

S.W.I.F.T. İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı əsas meyarlara üstünlük veriləcəkdir: Mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, aidiyyatı üzrə ən azı 2 il iş təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.

-tender təklifi - zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır ; -tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflər açıldıqdan sonra ən azı 70 bank günü qüvvədə olmaqla (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır) tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi ilə təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmır.)

Texniki göstəricilərinə dair meyarlar:

Məhsulların sifariş zamanı qüsursuz və tələb olunan vaxtda ünvana çatdırılması

Malların funksional xüsusiyyətləri

Tenderdə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir.

1. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış (arayış 2022-ci ildə verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir;)

2. İddiaçının son 1 (bir) ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti. (arayış 2022-ci ildə verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir;)

3. İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

4.Son bir il ərzində (fəalyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması. (arayış 2022-ci ildə verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir;)

5. İddiaçının tam adı, hüquqi statusu, Nizamnamə,

6. Qeydiyyatdan keçdiyi ölkə,

7. Rekvizitlər,

8. VÖEN,

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (Yüklülük barədə arayış),

10. "Tender iştirakçısının komplekt anket" Forması

11. "İxtisas göstəriciləri üzrə Məlumat" Forması, ən azı 2 şirkətdən alınmış tövsiyyə məktubu.

Tender proseduru haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra yuxarıdakı hesaba lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Azadlıq pr.112 ünvanından əldə edə bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri Azərbaycan dilində, 2 nüsxədə (əsli və sürəti) 2 qat zərfdə (hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir) 28.09.2022-ci il saat 12:00 tarixinə qədər, tender təklifi ilə bank təminatı sənədlərini 2 nüsxədə (əsli və sürəti) 2 qat zərfdə (hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir) 06.10.2022-ci il saat 12:00 tarixinə qədər Azadlıq pr.112 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təkliflərinin açılışı 07.10.2022-ci il saat 12:00 tarixində Azadlıq pr.112 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). İddiaçı tender ilə bağlı sualları

Tender haqqında əlavə məlumatları aşağıdakı ünvandan almaq olar.

Bakı şəhəri, Azadlıq prospekti 112

Telefon: 0512297020.


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xidmətin tələbatı üçün əşya-geyim dəstinin tikilişi işlərinin (lot-1), hərbi geyim formasının (lot-2), əşya-geyim ləvazimatının (lot-3) və uzunboğaz botinkaların (lot-4) satın alınması üzrə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar) səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştırak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron imzanın sahibi olmalıdır. Kağız üsulu ilə təqdim edilmiş təklif və sorğular nəzərə alınmayacaq.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda müvafiq hesaba köcürdükdən sonra Portal vasitəsilə Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplularını ala və müsabiqə üzrə təkliflərini təqdim edə bilərlər.

Lot-1 - 250 AZN

Lot-2 - 250 AZN

Lot-3 - 150 AZN

Lot-4 - 250 AZN

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

8. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

9. Podratçının müəyyən etdiyi digər sənədlər.

10. Tenderin əsas şərtlər toplusuna əlavə olunmuş standart formalara uyğun müvafiq məlumatlar.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 12.09.2022-ci il saat 11:00 tarixə qədər, tender təklifi ilə bank təminatı sənədlərini 20.09.2022-ci il saat 17:00 tarixə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 21.09.2022-ci il tarixdə (lot-1 saat 11:00-da, lot-2 saat 12:00-da, lot-3 saat 14:00-da, lot-4 saat 15:00-da) açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.