Problemlər yerində həll olunur
Region

Problemlər yerində həll olunur

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov tərəfindən vətəndaşlarla yerlərdə keçirilən səyyar qəbullar davam edir. RİH başçısı növbəti dəfə Əniqoba kənd sakinləri ilə görüşmüşdür. Səyyar qəbulda RİH başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, əlaqədar idarə və müəssisə rəhbərləri iştirak etmişdir.

Qəbul zamanı vətəndaşlar rayon rəhbərindən suvarma, içməli su, elektrik enerjisi ilə təminat, telefon və internet xidmətləri, kənd yollarının təmiri və digər sahələrdə olan problem və çatışmazlıqların aradan qaldırılmasında onlara köməklik göstərilməsini xahiş etmişlər.

RİH başçısı tərəfindən kənd sakinləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər barədə sakinlərə müvafiq izahatlar verilmişdir. Problemlərin yerindəcə həlli üçün icra başçısı tərəfindən aidiyyəti qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Ziyafəddin BAYRAMOV,

"Respublika".