Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 22.4.4-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. İlham İmran oğlu Qəmbərov 13 saylı Xəzər–Pirallahı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.

2. Rühəngiz Zaman qızı Əlimərdanova 13 saylı Xəzər–Pirallahı, Kamran Kamal oğlu Rəsulov 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər. 

Sədr             Məzahir Pənahov

Katib            Arifə Muxtarova

Katib            Mikayıl Rəhimov