Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 102 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 102 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 102 yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 798 min 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 786 min 786 nəfər müalicə olunaraq sağalıb, 9 min 748 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 406 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 128, bu günə qədər isə ümumilikdə 7 milyon 47 min 555 test icra olunub.

AZƏRTAC