TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"LUKOYL-Azərbaycan" QSC

TENDER ELAN EDİR

Hörmətli xanımlar və cənablar!

"LUKOIL-Azərbaycan" QSC Sizi "LUKOIL-Azərbaycan" QSC-nin iki lotdan ibarət, ikimərhələli açıq tenderdə iştirak etməyə dəvət edir.

Lot №1. "LUKOIL-Azərbaycan" QSC-nin yanacaqdoldurma məntəqələrində brend elementlərin dəyişdirilməsi üzrə təmir-quraşdırma işlərinin yerinə yetirilməsi.

Lot №2. "LUKOIL-Azərbaycan" QSC-nin neft bazasında avtoyükləmə stansiyasının çardağında brend elementlərinin dəyişdirilməsi üçün təmir-quraşdırma işlərinin aparılması.

Tender haqqında ümumi məlumat:

Sifarışçi: Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 13 ünvanında yerləşən "LUKOYL-Azərbaycan" QSC

Əlaqə telefonu: (012) 497-41-38,

E-mail: [email protected]

Əlaqələndirici şəxs: L.S.Mikayilova

İşlərin başlanma və sona çatdırılma tarixi: tenderin yekunlarına görədir.

Tenderlərin sənədlərinin tam komplekti, lazımi sənədlər əlavə olunmuş tenderdə iştirak üçün Müraciətin tələblərə uyğunluğu ekspertiza olunduqdan sonra sizin ünvanıniza göndəriləcəkdir.

Tenderdə iştirak etmək üçün Müraciətin təqdim edilmə və tender sənədlərinin alınma müddəti: 10 avqust 2022-ci il tarixi, 18:00-dək.

Tender təklifləri 25 avqust 2022-ci il tarixi, saat 18:00-dək yuxarıda qeyd olunmuş ünvana təqdim edilməlidir.

Tenderin birinci etapı 26 avqust 2022-ci il tarixdə saat 11:00-da yuxarıda qeyd olunmuş ünvanda keçiriləcəkdir.

"Tenderdə iştırak etmək üçün Müraciətin" forması, habelə tender haqqında tam məlumatı yuxarıda qeyd olunan telefon və elektron poçtu vasitəsilə əldə edə bilərsiniz.

Sizin tender təklifiniz tenderin keçirildiyi tarixdən sonra ən azı 90 təqvim günü ərzində qüvvədə olmalıdır.

Tender təklifləri Azərbaycan və ya rus dillərində təqdim olunmalıdır.

Tenderin qalibi ilə tender başa çatdıqdan sonra 20 təqvim günü ərzində müqavilə bağlanacaqdır.

Tenderdə iştirak üçün "ərizə" forması, habelə tender haqqında tam məlumatları yuxarıda qeyd olunan telefon və elektron poçtu vasitəsilə almaq olar.


ЗАО "ЛУКОЙЛ-Азербайджан"

ОБЪЯВЛЕНИЕ О ТЕНДЕРАХ

Уважаемые дамы и господа!

ЗАО "ЛУКОЙЛ-Азербайджан" приглашает Вас принять участие в двух этапном открытом тендере, состоящий из двух лотов.

Лот № 1.

 Выполнение ремонтно-монтажных работ по замене брендовых элементов на АЗС ЗАО "ЛУКОЙЛ-Азербайджан".

Лот №2. Выполнение ремонтно-монтажных работ по замене брендовых элементов навеса авто-наливной станции на нефтебазе ЗАО "ЛУКОЙЛ-Азербайджан".

Общая информация о тендере:

Заказчик: город Баку, Сабаильский район, Главный офис ЗАО "ЛУКОЙЛ-Азербайджан", расположенное по адресу ул. З.Тагиева, 13.

Контактные телефоны: (012) 497-41-38,

Электронная почта: [email protected]

Контактное лицо: Л.С. Микаилова

Дата начала и окончания работ: по итогам тендера

Полный комплект тендерной документации направляется на Ваш адрес после проведенной экспертизы полученной заявки на участие в тендере с приложением необходимых документов на предмет соответствия предъявленным требованиям.

Срок подачи заявки на участие в тендере и приобретения документации до 18:00, 10 августа 2022 года.

Срок представления тендерных предложений до 18:00, 25 августа 2022 года, по выше указанному адресу.

Время и место проведения первого этапа конкурса 26 августа 2022 года в 11:00 часов по выше указанному адресу.

Форму "Заявки на участие в тендере", а также подробную информацию можно получить по указанным выше данным телефонам и адресу электронной почты.

Срок действия Ваших тендерных предложений должен составлять не менее 90 календарных дней, начиная с даты проведения тендера.

Тендерные предложения представить на азербайджанском или русском языках.

С победителем тендера будет заключен договор в течение 20 календарных дней с момента окончания тендерных торгов.

Форму "Заявки на участие в тендере", а также иную информацию можно получить по указанным в приглашении телефону и адресу электронной почты.


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Mühafizə əməkdaşları üçün xidməti geyim formalarının satın alınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27IBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 9900007721

Bank: "Azərbaycan Beynəlxalq Bankı" ASC "Nəqliyyat" filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 22 avqust 2022-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

- son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əmək haqqı, riskli vergi ödəyicisi olub olmaması və s. haqqında arayış;

- malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi anoloji müqavilələr haqqında məlumat;

- malgöndərənin ("podratçı" və ya "Satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyesterdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

- malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

- tender təklifi (zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin bank təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 26 avqust 2022-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə, 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat departamentinə (Satınalma şöbəsi, 1-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.

Telefon nömrəsi: +994 12 499-73-54; e-mail: nil.ismayı[email protected]

Tender təklifləri 29 avqust 2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti, zəmanət müddəti və çatdırılma müddəti.

Tender "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.


TƏKRAR

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi

Açıq Tender ELAN EDİR

Heyvanlar arasında epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların satın alınması üzrə açıq tender prosedurunda iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən, iştirak haqqının ödənilməsi barədə sənədi və tenderdə iştirak barədə müraciət ərizəsini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A, Aqrar Xidmətlər Agentliyinin inzibati binası, 5-ci mərtəbə, 506-cı otaqdan və ya [email protected] elektron poçt ünvanına müraciət edərək əldə edə bilərlər. Əlaqə telefonu: +994125628744 (Pərvanə Sultanəliyeva), İştirak haqqı 2000 (iki min) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Rekvizitlər

Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN:1401555071

M/H AZ41NABZ01360100000000003944

SWIFT BIK: CTREAZ22

Sifarışçinin adı: KTN yanında AXA

İBAN: AZ04CTRE 00000000000008537601

VÖEN:1504595531

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142330

İddiaçılar açıq tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq edilmiş), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Tender təklifinin qüvvədə olma müddəti - zərflərin açıldığı gündən 30 bank günü;

- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində bank təminatın qüvvədə olma müddəti - zərflərin açılış tarixindən sonra 60 bank günü;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

- Texniki və maliyyə imkanlarının olması barədə sənəd;

- Bu sahədə peşakar olması və tender predmeti üzrə iş təcrübəsinin olmasını təsdiq edən müqavilə, təhvil təslim aktı və digər təsdiqedici sənədlər təqdim edilməli;

- Tender predmeti üzrə müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasını təsdiq edən sənəd;

- İddiaçı təklif etdiyi mallar üzrə istehsalçının rəsmi etibarnaməsini təqdim etməli;

- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları təqdim etməli;

Tələb edilən bütün sənədlər notarial qaydada təsdiq edilməlidir.

İribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı vaksin - 6.300.000 (altı milyon üç yüz min) doza;

- Çiçək xəstəliyi əleyhinə vaksin - 3.000.000 (üç milyon) doza;

- Qarayara xəstəliyi əleyhinə vaksin - 5.600.000 (beş milyon altı yüz) doza;

- Nodulyar dermatit xəstəliyi əleyhinə vaksin - 2.800.000 (iki milyon səkkiz yüz min) doza;

- Quduzluq xəstəliyi əleyhinə vaksin - 200.000 (iki yüz min) doza;

- Atların qrip xəstəliyi əleyhinə vaksin - 1.000 (bir min) doza;

- Atların rinopnevmoniya xəstəliyi əleyhinə vaksin - 1.000 (bir min) doza;

- Donuzların taun xəstəliyi əleyhinə vaksin - 6.000 (altı min) doza;

- Xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı vaksin - 300.000 (üç yüz min) doza;

- İribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı vaksin - 300.000 (üç yüz min) doza;

- Malların çatdırılması müddəti - 30 noyabr 2022-ci il tarixinədək həyata keçirilməlidir.

- Malların çatdırılması yeri - Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Təchizat Bazası.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12.08.2022-ci il 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.08.2022-ci il 12:00 tarixinə qədər Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A, (5-ci mərtəbə, 506-cı otaq) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 25.08.2022-ci il 12:00 tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin inzibati binasında, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A (5-ci mərtəbə, 511-ci otaq) ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.