BİLDİRİŞ
Reklam və elanlar

BİLDİRİŞ

"AzerGold" QSC tərəfindən "AzerGold" QSC-nin istifadəsində olan və Göygöl rayonu, Tülallar kəndi ərazisində  yerləşən sahədə mədən partlatma və filiz süxurlarını daşıma, həmçinin inzibati kampın hazırlanması işlərinin satın alınması" üçün 10 iyun 2022-ci il tarixində elan edilmiş açıq tender üzrə malgöndərənlərin sorğusu əsasında "Dövlət satınalmaları haqqında" Qanunun 30.2-ci maddəsinə əsasən ixtisas göstəricilərinə dair sənədlərin qəbulu tarixi 12 avqust 2022-ci il saat 15.00-dək, tenderə kommersiya təklifinin və təkliflərin təminatı sənədlərinin qəbulu isə 22 avqust 2022-ci il saat 15.00-dək uzadılır. Tender üzrə təklif zərflərinin açılışı 23 avqust 2022-ci il tarixində saat 15.00-da keçiriləcəkdir.


"AzerGold" QSC tərəfindən "Pərakəndə satış məhsullarının qablaşdırılması üçün nəzərdə tutulan qutuların və digər marketinq məmulatlarının satın alınması" üçün 24 iyun 2022-ci il tarixində elan edilmiş təkliflər sorğusu üzrə malgöndərənin sorğusu əsasında "Dövlət satınalmaları haqqında" Qanunun 30.2-ci maddəsinə əsasən ixtisas göstəricilərinə dair sənədlərin və kommersiya təklifinin qəbulu tarixi 26 iyul 2022-ci il saat 15:00-dək uzadılır. Təkliflər sorğusu üzrə təklif zərflərinin açılışı 27 iyul 2022-ci il tarixində saat 15:00-da keçiriləcəkdir.