Kotirovka
Reklam və elanlar

Kotirovka

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan Magic-1 gəmisi üçün Cummins KTA19M baş mühərriklərin ehtiyat hissələrinin satınalınması məqsədi ilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2022-ci il iyulun 28-i saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Mikayıl Useynov küç. 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1071.


"Millers Oils Azerbaijan" MMC-nin müflis elan olunması ilə əlaqədar

"Elm və Texnologiya Parkı" MMC, "Millers Oils Azerbaijan" MMC-nin müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir.

e-2-2(113) - 3342/2022 saylı iş üzrə məhkəmənin baxış iclası 04.08.2022-ci il tarixinə, saat 11:00-a təyin edilmişdir.

"Millers Oils Azerbaiyan" MMC-nin debitor və kreditorları bu iş ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilərlər.

Ünvan: AZ1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi. Əlaqə telefonu: (012) 525-20-74