ŞƏHİDLƏR UNUDULMUR
Region

ŞƏHİDLƏR UNUDULMUR

Azərbaycan Prezidenti İlham Əliyev 25 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının  müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsisi xidmətinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə,  Müdafiə Nazirliyinin  bir qrup hərbi  qulluqçusunun təltif olunması ilə bağlı sərəncam imzalayıb.  Təltif olunan hərbi qulluqçuların sırasında  44 günlük Vətən müharibəsində qəhrəmanlıq və sücaət göstərərək şəhid olan Qurbanov Tərxan Zabit oğlu da var. O, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunub.

Qurbanov Tərxan Zabit oğlu  29 iyun 1996-cı ildə  Şəki rayonunun Dəhnə kəndində anadan   olub. 6 iyun 2020-ci ildə Xocavənd royonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Mingəçevir Şəhidlər Xiyabanıanda dəfn olunub.

 Mingəçevir Şəhər İcra Hakimiyyətinin  bir qrup məsul əməkdaşı şəhidin ailəsi ilə görüşmək üçün evində olmuş, onlarla səmimi söhbət etmişdir. Sonra, onlar Şəhidlər Xiyabanına gedərək şəhidin məzarı üstünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər. Görüşdə şəhər icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Sahib Əliyev,  Vətən müharibəsi qazisi Pərviz Məmmədov torpaqlarımızın  azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən əsgərlərimiz haqqında xatirələrini söyləmiş, bu döyüşlərdə həlak olan şəhidlərimizin daim qəlblərimizdə yaşayacaqlarını bildirmişlər.

Zabit XƏLİLOV,

“Respublika”.