TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"AzerGold" QSC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 LOT üzrə keçirilir:

Dağ-mədən sənayesi üçün sianid (NaCN) maddəsinin satın alınması

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənləşdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir. Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra ödəniş sənədini və tenderdə iştirak etmək üçün rəsmi müraciət ərizəsini "AzerGold" QSC-nin Tender Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H, Əlaqələndirici şəxs: Aygül Tağıyeva, Tel.: 012-505-02-02 (dax.1108), I-V günlər, saat 09.00-dan 18.00-dək) təqdim etməklə Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu əldə edə bilərlər.

İştirak haqqı - 1000 AZN

Benefisiar: "AzerGold" QSC

VÖEN: 1403467421

H/h: AZ71AIIB380100C9446440000210

"Kapitalbank" ASC-nin Badamdar filialı

Bankın VÖEN-i: 9900003611

KOD: 201207

M/h: AZ37NABZ01350100000000001944

SWİFT: AIIBAZ2XXXX.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak üçün müraciət ərizəsi

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

4. Tender təklifi dəyərinin 1 %-i həcmində tender təklifinin təminatı (Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır)

5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri

7. Digər müvafiq sənədlər (Əsas Şərtlər Toplusunda müəyyən edilmiş müvafiq sənədlər).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) təqdim olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 03 avqust 2022-ci il saat 15:00-a qədər, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş, imzalanmış və ikiqat zərfdə olmaqla 2 nüsxədə (əsli və surəti) 11 avqust 2022-ci il saat 15:00-a qədər "AzerGold" QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender üzrə təklif zərflərinin açılışı 12 avqust 2022-ci il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.


Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Füzuli şəhərində 8,90 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot-2 - 7, 8, 9, 10, 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01, daxili 239, email: [email protected]) ala bilərlər.

Benefisiarın adı: "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti

Hesab nömrə: AZ18AIIB38030019440029636102

VÖEN: 1701953921

B1.Benefisiar (alan): Kapital Bank ASC

Adı: Mərkəz filialı

Kodu: 200026

VÖEN: 9900003611

S.W.İ.F.T.: AIIBAZ2X

Müxbir hesab:

AZ37NABZ01350100000000001944

İştirak haqqı: 1200 (min iki yüz) manat

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

1. Tenderdə iştirak etmək üçün ərizə;

2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

4. Tender təklifinin təminatı - bank zəmanəti (təklifin ümumi qiymətinin 1 (bir) faizi məbləğində və tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox qüvvədə olmalıdır);

5. Podratçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

l Podratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

l Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

l Podratçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

l Podratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

l Podratçının inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surəti;

l Podratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd və formalarda təqdim edilməlidir);

- Podratçının son 3 (üç) il (2019-2021) ərzində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında təhvil verdiyi çoxmənzilli yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15 000 (on beş min) m2 təşkil etməlidir;

- Podratçının son 3 (üç) il (2019-2021) ərzində tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 000 000,00 (otuz milyon) manat olmalıdır.

l Digər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 02 avqust 2022-ci il saat 17:00-dək Tender Komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 10 avqust 2022-ci il saat 17:00-dək yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 11 avqust 2022-ci il saat 15:00-da "MİDA" MMC-də açılacaqdır.