DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ GƏLƏN İLDƏN GÜNLÜK 10 MİLYON KUBMETR TƏBİİ QAZ HASİL EDƏCƏK

Qara dənizdəki Sakarya yatağından çıxarılan təbii qaz 2023-cü ilin birinci rübündən etibarən Türkiyədəki istehlakçılara çatmağa başlayacaq. “Trend” agentliyinin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yataqdan təbii qazın çatdırılması üçün ilk borunun dənizə buraxılması mərasimində bəyan edib.

Dövlət başçısının sözlərinə görə, birinci mərhələdə sutkada təxminən 10 milyon kubmetr qaz hasil ediləcək. Prezident qazılacaq 40 quyu ilə gündəlik qaz hasilatını 40 milyon kubmetrə çatdırmağı hədəflədiklərini də vurğulayıb.

Eyni zamanda, Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Ankara energetika sahəsinə “gərginlik və qarşıdurma meydanı” kimi deyil, regional əməkdaşlığın açarı kimi baxır.

Bununla yanaşı, Ərdoğan Türkiyənin Qara dənizdə qaz yatağının açılmasını tamamilə ölkənin daxili imkanları hesabına həyata keçirdiyini tarixi hadisə adlandırıb.

EKSPERTLƏR: UKRAYNA MÜHARİBƏsi 10 İL DAVAM EDƏ BİLƏR

Ukraynada müharibə 10 il  müddətinə davam edə bilər. “Report” agentliyinin “CNBC” telekanalına istinadən verdiyi xəbərə görə, beynəlxalq tədqiqatçılar hesab edirlər ki, Ukraynadakı müharibə Rusiya ilə on ildən çox davam edəcək dondurulmuş münaqişəyə çevrilə bilər.

Analitiklərin fikrincə, Rusiyanın Severodonetski ələ keçirməsi ehtimalı getdikcə daha real görünür.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun strategiya, texnologiya və silahlara nəzarət üzrə direktoru Uilyam Alberke hesab edir ki, Rusiyanın müdafiə xəttinin hardasa düşəcəyi ehtimalı var və daha sonra onlar Severodonetsk cəbhəsindən şimala, Xarkova və ya Xersona çəkilməli olacaqlar.

Ekspert bildiriblər ki, Ukrayna Rusiya ordusunu dəf etməyə başlasa, bu, Rusiyanı ərazi ambisiyalarını daha da azaltmağa məcbur edəcək. O zaman isə onilliklər və ya daha çox davam edən dondurulmuş münaqişə yarana bilər.

Qeyd edək ki, Severodonetsk və Lisiçansk Luqansk vilayətində Ukrayna hərbçilərinin əlində olan sonuncu şəhərlərdir. Belə ki, Rusiya hərbçiləri Severdonetskə çata biləcək bütün körpüləri dağıdıblar.

AVROPA İTTİFAQINDA VAKSİN SERTİFİKATININ MÜDDƏTİ UZADILIB

Avropa Parlamenti və Avropa İttifaqına üzv ölkələr koronavirus əleyhinə vaksin sertifikatının müddətinin 2023-cü ilin iyununadək uzadılmasını qərara alıb. “APA”nın “La Figaro” nəşrinə istinadən verdiyi xəbərə görə, bu sənəd koronavirusun yeni ştammları ortaya çıxacağı təqdirdə Avropa vətəndaşlarının Şengen zonasında sərbəst hərəkətinə imkan verəcək.

Məlumata əsasən Avropada peyvənd olunma, yaxud xəstəlikdən sağalmaya dair vahid sanitar sənəd haqqında qayda 1 iyul 2021-ci ildə tətbiq edilib. Qaydanın vaxtı 30 iyunda başa çatacaq. Avropa Komissiyası fevral ayında qaydanın vaxtını uzatmağı təklif etmişdi.

Verilən xəbərə görə, deputatlar bildiriblər ki, qitədə epidemioloji vəziyyət hər an dəyişə bilər. Lakin rəqəmli vahid “COVID-19” pasportu vətəndaşların sərbəst hərəkətinə imkan verəcək.

İSVEÇ VƏ DANİMARKADA REKORD İNFLYASİYA QEYDƏ ALINIB

İsveçdə 7,2 faizlik inflyasiya qeydə alınıb, bu isə 1991-ci ildən sonra ən yüksək göstəricidir. “Report”un xəbərinə görə, bu barədə Krallığın Statistika İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, bu ilin aprelindən inflyasiya səviyyəsi 1 faiz artıb. Qiymət artımının, ilk növbədə, elektrik enerjisi, yanacaq, ərzaq məhsulları və yüngül sənaye mallarına təsir etdiyi bildirilir. Ekspertlər bunu enerjidaşıyıcılarının qiymətlərinin artması ilə əlaqələndirirlər.

Danimarkada da rekord səviyyədə - 7,4 faizlik inflyasiya qeydə alınıb. Buna Danimarkanın Rusiyadan təbii qazı rublla almaqdan imtina etməsi və nəticədə elektrik enerjisi, yanacaq, ərzaq məhsullarının qiymətlərinin artması səbəb olub.

ABŞ KXDR-Ə QARŞI SANKSİYALARIN MÜDDƏTİNİ DAHA BIR IL UZADIB

ABŞ prezidenti Cozef Bayden KXDR-ə qarşı sanksiya rejimini daha bir il müddətinə uzadıb. “APA”nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Bildirilir ki, söhbət ABŞ prezidentinin 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə imzalanmış bir sıra fərmanları əsasında tətbiq edilən məhdudiyyətlərin saxlanılmasını nəzərdə tutan Pxenyana qarşı xüsusi rejimin uzadılmasından gedir.

Xatırladaq ki, bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken ABŞ hakimiyyətinin Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün ilkin şərt olmadan KXDR ilə dialoqa açıq olduğunu bildirmişdi.

Eyni zamanda, Amerika xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Vaşinqton Pxenyana təzyiqləri davam etdirməyə hazırdır.

ROMA PAPASI: MƏNIM ÜÇÜN ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ ARTIQ BAŞLAYIB

“Mənim üçün bu gün Üçüncü Dünya müharibəsi alovlanıb”. “Report”un məlumatına görə, bunu Roma Papası Fransisk “Deutsche Welle” nəşrinə müsahibəsində bildirib.

Papa yenə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edib. O, Rusiya qoşunlarının qəddarlığı və kobudluğundan danışaraq ukraynanlıların mərdliyini yüksək qiymətləndirib. Papa Rusiyanın Çeçenistan və Suriyadan olan muzdlulardan istifadə etdiyinə görə hiddətlənib.

Vatikan lideri dünyanın artıq Üçüncü Dünya müharibəsi vəziyyətində olduğunu vurğulayıb. “Dünya müharibə vəziyyətindədir. Bir neçə il öncə düşünürdüm ki, biz Üçüncü Dünya müharibəsini qismən yaşayırıq. Odur ki, mənim üçün Üçüncü Dünya müharibəsi artıq od saçır”, - deyə Roma Papası əlavə edib.

YAPONİYADA HAVA LİMANINDA ROBOT POLİSLƏR İŞƏ BAŞLAYIB

Yaponiyanın paytaxtı Tokioda yerləşən Narita hava limanında robot polislər işə başlayıb. “Trend” agentliyinin  məlumatına görə, süni intellektlə təchiz olunmuş robotların xarici görünüşü 1,2 metr hündürlüyündə nəqliyyat vasitəsinə bəznəyir.

Qeyd olunur ki, həmin robotlar kameraların qeydə aldığı görüntüləri dərhal təhlil etmək imkanına malikdir.

Robot polislər hava limanında nizam-intizama nəzarət etməklə yanaşı, itmiş və ya şübhəli əşyaların axtarışlarını aparacaq.

Daha əvvəl buna bənzər robot polislər Tokioda keçirilmiş Yay Olumpiya oyunları zamanı Tokio hava limanında istifadə olunsa da, həmin robotlar süni intellektlə təchiz olunmamışdı.

GÜRCÜSTANDA UNİKAL KÖRPÜ İSTİFADƏYƏ VERİLİB

Gürcüstanın Kvemo-Kartli bölgəsində Daşbaşı kanyonu üzərində 240 metrlik şüşə körpünün açılış mərasimi keçirilib. “Report”un xəbərinə görə, mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Hökumət başçısı bildirib ki, İsrailin “Kass Land” şirkəti layihənin reallaşdırılmasına 120 milyon lari (təxminən 40 milyon dollar) investisiya yatırıb. O qeyd edib ki, körpünün istifadəyə verilməsi kanyon ətrafında turizm xidmətlərinin inkişafına təkan verəcək.

Məlumata görə, körpünü unikal edən orta hissəsində 200 metr hündürlükdə yerləşən brilyant formasında asma şüşəli kafe-bardır. “Kass Land” şirkətinin baş direktoru Eka Tordiya bildirib ki, obyekt Ginnesin Rekordlar Kitabına ən yüksək asma restoran kimi daxil ola bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.