TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

M tipli çuqun əyləc qəlibinin satın alınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27IBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 9900007721

Bank: "Azərbaycan Beynəlxalq Bankı" ASC "Nəqliyyat" filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 08 iyul 2022-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

- son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əməkhaqqı, riskli vergi ödəyicisi olub-olmaması və s. haqqında arayış;

- malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat;

- malgöndərənin ("podratçı" və ya "Satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyestrdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

- malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

- tender təklifi (zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin bank təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 14 iyul 2022-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə, 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat departamentinə (Satınalma şöbəsi, 1-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.

Telefon nömrəsi: +994 12 499-73-54; e-mail: nil.ismayı[email protected]

Tender təklifləri 15 iyul 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti, zəmanət müddəti və çatdırılma müddəti.

Tender "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi

AÇIQ TENDER ELAN EDİR

Xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı vaksinlərin satın alınması üzrə açıq tender prosedurunda iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən, iştirak haqqının ödənilməsi barədə sənədi və tenderdə iştirak barədə müraciət ərizəsini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A, Aqrar Xidmətlər Agentliyinin inzibati binası, 5-ci mərtəbə, 506-cı otaqdan və ya [email protected] elektron poçt ünvanına müraciət edərək əldə edə bilərlər. Əlaqə telefonu: +994772991191 (Pərvanə Sultanəliyeva), İştirak haqqı 900 (doqquz yüz) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Rekvizitlər:

Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/H AZ41NABZ01360100000000003944

SWIFT BIK: CTREAZ22

Sifarışçinin adı: KTN yanında AXA

İBAN: AZ04CTRE 00000000000008537601

VÖEN:1504595531

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142330

İddiaçılar açıq tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq edilmiş), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Tender təklifinin qüvvədə olma müddəti - zərflərin açıldığı gündən 40 bank günü;

- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti - zərflərin açılış tarixindən sonra 70 bank günü;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

- Texniki və maliyyə imkanlarının olması barədə sənəd;

- Bu sahədə peşəkar olması və tender predmeti üzrə iş təcrübəsinin olmasını təsdiq edən müqavilə, təhvil-təslim aktı və digər təsdiqedici sənədlər təqdim edilməli;

- Təklif edilən malların mənşə və uyğunluq sertifikatları;

- Tender predmeti üzrə müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasını təsdiq edən sənəd;

- İddiaçı təklif etdiyi mallar üzrə istehsalçının etibarnaməsini təqdim etməli;

- Xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə (O [ TUR07 (Panasia II) A [ Iran 21 (AİRN05)]) qarşı vaksinlərin satın alınması - 7400000 (yeddi milyon dörd yüz min) İBH doza

- Malların çatdırılması müddəti - 31 oktyabr 2022-ci il tarixinədək həyata keçirilməlidir.

- Malların çatdırılması yeri - Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Təchizat Bazası.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 07.07.2022 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20.07.2022 12:00 tarixinə qədər Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A (5-ci mərtəbə, otaq 506-cı otaq) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 21.07.2022 15:00 tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin inzibati binasında, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A (5-ci mərtəbə, 511-ci otaq) ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.