Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Siyasət

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

İyunun 10-da Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyində Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2021-ci il büdcəsinin icrası və digər məsələlər müzakirə edilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatın, auditin nəticələrinin və 2021-ci il üçün büdcəsinin icrasının Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi barədə müvafiq qərarlar qəbul olunub.

AZƏRTAC