TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Bölmə-1. Açıq tender şərtlər

Tender elektron formada keçirilir:

İşin adı: Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində küçə işıqlarının təmiri və avadanlıqların alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini elektron formada www.etender.gov.az saytına yükləsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

İddiaçının Azərbaycan Respublikasında qeydiyyatı zəruridir

1. İddiaçının vergi şəhadətnaməsinin surəti

2. Nizamnaməsinin təsdiq edilmiş surəti

3. Dövlət reyestrindən çıxarışın surəti

4. İddiaçının bank rekvizitləri haqqında məlumat

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış

7. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

8. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

İddiaçı tikinti-quraşdırma işlərinə və avadanlıqlara aid xərclərin (üstəlik xərclər, plan yığımı, müvəqqəti bina və qurğuların dəyəri daxil etməklə), vergilərin, rüsumların, lisenziya haqlarının və digər ödənişlərin (nəzərdə tutulmayan işlər üzrə risklər) aparılmasına məsuliyyət daşıyır və göstərilən xərcləri verilmiş təklifdə nəzərə almalıdır.

Tikinti təşkilatları ixtisas dərəcələrinin artırılması məqsədilə birləşə də bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlər (tender təklifi, bank təminatı və tikinti işlərinin qrafiki istisna olmaqla) 29.06.2022-ci il tarixdə, tender təklifi, bank təminatı 07.07.2022-ci il tarixdə Dövlət Satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

İddiaçıların təklifləri 08.07.2022-ci il tarixdə Dövlət Satınalmalarının vahid internet portalında onlayn formatda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak etmək üçün müraciət edə bilərlər.

Əlaqə telefonu: (026) 325 00 81

Əlaqələndirici şəxs - Səfərov Zəfər