Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 8 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 7 nəfər müalicə olunaraq sağalıb, 9 min 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 47 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 192, indiyə qədər isə ümumilikdə 6 milyon 894 min 477 test icra olunub.
AZƏRTAC