Reklam və elanlar

"Avtomotoservis" ASC-nin Səhmdarlarının nəzərinə!

"Avtomotoservis" Açıq  Səhmdar Cəmiyyəti Səhmdarlarının 25.05.2022-ci il tarixində baş tutmayan 2021-ci il üzrə təkrar çağırılan illik yığıncağının 29 iyun 2022-ci il tarixində saat 12:00-da keçiriləcəyini elan edir.

Yığıncağın keçirilmə ünvanı: Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, 1963-cü məhəllə. ASC-nin inzibati binası, 3-cü mərtəbə.

Əlaqə telefonları: 4656439 (əlavə 13); 055-515-00-74.

Yığıncağın gündəliyi:

1. Səhmdar Cəmiyyətinin idarəetmə orqanının 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.

2. ASC-nin maliyyə durumu və dividendlərin bölgüsü.

3. Cəmiyyətin balansında olan inventarların təsdiq edilməsi.

Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Həmçinin vəkalətnamə ilə nümayəndə göndərən Səhmdardan özünün şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyini də xahiş edirik.