TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi 2022-ci ildə Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna,

eləcə də təhsil müəssisələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına, həmçinin təhsilverənlərin işə qəbulu müsabiqəsi zamanı İKT avadanlıqlarına texniki dəstək xidmətlərinin göstərilməsi üzrə

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Təkliflər sorğusu aşağıdakı predmet üzrə keçirilir:

Predmet: Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna, eləcə də təhsil müəssisələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına, həmçinin təhsilverənlərin işə qəbulu müsabiqəsi zamanı İKT avadanlıqlarına texniki dəstək xidmətlərinin göstərilməsi.

İştirakçılara təklif edilir ki, predmet üzrə təkliflər imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.

Təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi,    podratçının aidiyyəti işlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Təkliflər sorğusu ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs: Yusifov Murad Şəmsəddin oğlu.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909-cu məhəllə.

Əlaqə nömrəsi: Telefon: (+99412) 599-02-37 (daxili: 2023), Faks: (+99412) 565-02-38, Email: [email protected]

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət   etdikdən və aşağıda qeyd olunan hesaba predmet üzrə 500,00 (beş yüz) AZN məbləğində vəsait ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909-cu məhəllə.

Bank hesabı: Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142340

Hesab №: AZ73CTRE00000000000002168503

VÖEN: 1501267101

Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN: 1401555071

Kod: 210005

Müxbir hesab:AZ41NABZ01360100000000003944

S.W.I.F.T.  BIK  CTREAZ22.

1. Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət,

2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi),

3. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında 2022-ci il may ayında təsdiq edilmiş surəti,

4. Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin notariat qaydasında 2022-ci il may ayında təsdiq edilmiş surəti,

5. Nizamnaməsinin (Əsasnaməsinin) notariat qaydasında 2022-ci il may ayında təsdiq edilmiş surəti,

 6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, həmçinin vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış 2022-ci il,

7. Son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,

8.0. Son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,

8.1. Bank rekvizitləri

 9. İddiaçıların anoloji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat (geniş tərkibli arayış),

10. Məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə arayış,

11. İşin icrası ilə bağlı subpodratçı qismində başqa firmalardan istifadə olunub olunmayacağı barədə məlumat (əgər istifadə olunacaqsa həmin firma ilə iddiaçı arasında bu barədə tərtib olunmuş razılaşma sənədinə "Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi" tərəfindən verilmiş razılıq məktubunun surəti də əlavə olunmalıdır),

12. İddiaçının ixtisas uyğunluğu barədə sənədlər

12.1. texniki imkanlara uyğun olması

12.2. kadr potensialı haqqında məlumat (müəssisənin ştat cədvəli, cəlb olunacaq işçilərin təhsili, peşəkarlığı, təcrübəsi haqqında məlumat).

13. 2021-ci ildə rüblər üzrə DSMF-a təqdim olunmuş hesabatların surəti,

14. 2022-ci il üzrə işçilərin gəlir vergisi ilə bağlı vergi orqanına təqdim olunan hesabatın surəti,

15. Zərflər açıldığı gündən sonra ən azı 40 (qırx) bank günü müddətində qüvvədə qalmalıdır.

16. Təklifin qiymətinin 1 (bir) %-i həcmində tender təklifinin təminatı-bank zəmanəti (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır). Qeyd: Xarici şirkətlər tender prosedurunda iştirak etmək istədikdə, onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

Təkliflər sorğusunun əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

İddiaçılar təkliflər sorğusuna dair təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsli və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.

Tddiaçıların təkliflər sorğusu üzrə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalıdır. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün 07.06.2022-ci il saat 09:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909 cu məhəllə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 08.06.2022-ci il saat 14:00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909 cu məhəllə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində açılacaqdır. Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.


Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi 2022-ci ildə  Elektron resursların və elektron dərsliklərin satınalınması üzrə

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Təkliflər sorğusu aşağıdakı predmet üzrə keçirilir:

Predmet: Elektron resursların və elektron dərsliklərin satınalınması.

İştirakçılara təklif edilir ki, predmet üzrə təkliflər imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.

Təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi,  podratçının aidiyyəti işlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Təkliflər sorğusu ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs: Yusifov Murad Şəmsəddin oğlu.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909-cu məhəllə.

Əlaqə nömrəsi: Telefon: (+99412) 599-02-37 (daxili: 2023), Faks: (+99412) 565-02-38, Email: [email protected]

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün yazılı müraciət  etdikdən və aşağıda qeyd olunan hesaba predmet üzrə 500,00 (beş yüz) AZN məbləğində vəsait ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909-cu məhəllə.

Bank hesabı:Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142340

Hesab №: AZ73CTRE00000000000002168503

VÖEN: 1501267101

Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN: 1401555071

Kod: 210005

Müxbir hesab:

AZ41NABZ01360100000000003944

S.W.I.F.T. BIK CTREAZ22.

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət, ödəniş sənədini təqdim etməlidir.

- İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (11.05.2022-ci il tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır);

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

- Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd- Kommersiya məhkəməsindən və ya Dövlət Vergi Xidmətindən Yüklülük haqqında arayış (11.05.2022-ci il tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır);

- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

- Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış (malgöndərən uçotda olduğu Statistika orqanından alır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış (11.05.2022-ci il tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır);

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- təkliflər sorğusunun əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

İddiaçılar təkliflər sorğusuna dair təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsli və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.

İddiaçıların təkliflər sorğusu üzrə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalıdır. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün 07.06.2022-ci il saat 09:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909 cu məhəllə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (əlaqələndirici şəxs - Murad Yusifov, telefon: (+99412) 565-02-37 (daxili: 2023), Faks: (+99412) 565-02-38 [email protected]) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 08.06.2022-ci il saat 11:00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909 cu məhəllə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində açılacaqdır. Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.