Şəhidlərin xatirəsinə ehtiram
Sosial həyat

Şəhidlərin xatirəsinə ehtiram

Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 18-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Litva Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Litvanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

AZƏRTAC