ELAN
Reklam və elanlar

ELAN

"Baku Steel Construction" ASC-nin səhmdarlarının nəzərinə!

29 iyun 2022-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Binəqədi şosesi 53 ünvanında Səhmdar Cəmiyyətin inzibati binasında "Baku Steel Construction" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. "Baku Steel Construction" ASC-nin nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi;

2. "Baku Steel Construction" ASC-nin Direktorlar Şurasının (Müşahidə Şurasının) və müfəttişinin (təftiş komissiyasının) seçilməsi;

3. "Baku Steel Construction" ASC-nin 2019-cu, 2020-ci və 2021-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək Səhmdar Cəmiyyətin Bakı şəhəri, Binəqədi şosesi 53 ünvanında yerləşən inzibati binasında Səhmdar Cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.


"Azərboru" ASC-nin səhmdarlarının nəzərinə!

30 iyun 2022-ci il saat 11:00-da Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən "Azərboru" ASC-nin inzibati binasında səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

l"Azərboru" ASC-nin yeni redaksiyada Nizamnaməsinin təsdiq edilməsi;

l"Azərboru" ASC-nin Müşahidə Şurasının seçilməsi;

l"Azərboru" ASC-nin müfəttişinin seçilməsi;

l"Azərboru" ASC-nin 2019-2021-ci il maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təsdiqi;

lDigər məsələlər.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək Səhmdar Cəmiyyətin Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən inzibati binasında Səhmdar Cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.