TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2022-ci ildə yolların əsaslı təmir işlərinin satınalınması məqsədilə

AÇIQ TENDERƏ DƏVƏT EDIR

Tender 1 LOT üzrə aparılır:

LOT-1. Yolların əsaslı təmiri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz. Əlaqələndirici şəxs: Elsevər Quliyev, telefon: (021) 215-32-88. Ünvan: Şirvan şəhəri, İstiqlaliyyət prospekti - 12.

Tenderdə iştirak etmək istəyənlər dövlət satınalmalarının vahid internet portalında "Asan ödəniş" sisteminə keçid edərək iştirak haqqını aşağıda göstərilən hesaba nağdsız ödəniş etməklə Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elektron portal üzərindən əldə edə bilər.

İştirak haqqı:

LOT-1 - 450 (dörd yüz əlli) manat

Təşkilat: Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

13 saylı Regional Xəzinədarlıq İdarəsi

Hesab: №-si AZ52CTRE00000000000002513037

VÖEN: 2100568691

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.BIK CTREAZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayışlar tender komissiyasının adına olmalıdır);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti (Forma 1, Forma 2);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının gördüyü analoji işlər haqqında məlumat;

- tender təklifi (zərflər açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Digər sənədlər, o cümlədən maddi-texniki bazası, maşın, mexanizm və digər texnikanın mövcudluğu.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. Xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır.

Tender proseduru "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirələcəkdir.

LOT-1 "Yolların əsaslı təmiri" üzrə iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 14 iyun 2022-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 21 iyun 2022-ci il saat 17:00-dək portal vasitəsilə Tender Komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan təkliflər qəbul olunmayacaqdır.

Tender təklifləri 24 iyun 2022-ci il tarixdə saat 11:00-da elektron portal vasitəsilə açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır. Tenderin başlanma vaxtı 16 may 2022-ci il saat 10:00.