ELAN
Reklam və elanlar

ELAN

“Bakı Elektroştamp" ASC səhmdarlarının nəzərinə!

Hörmətli səhmdar!

"Bakı Elektroştamp" ASC səhmdarlarının növbəti ümumi yığıncağı 28 iyun 2022-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 ünvanında yerləşən inzibati  binasında aşağıdakı gündəlikdə keçiriləcəkdir:

1. Cəmiyyətin yeni Müşahidə (direktorlar) Şurasının seçilməsi;

2. Cəmiyyətin yeni Təftiş Komissiyasının (müfəttiş) seçilməsi;

3. "Bakı Elektroştamp" Açıq Səhmdar Cəmiyyətinin 2021-ci  maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin  təsdiqi;

4. Digər məsələlər.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, Səhmdar Cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 ünvanında yerləşən inzibati binasında Səhmdar   Cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Karantin rejimi ilə əlaqədar olaraq məhdudiyyətlər müəyyənləşdirilə bilər. 

Yığıncaqda iştirak etmək vacibdir.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7, AZ 1029


"Bakelektroqaynaq" ASC-nin  səhmdarlarının  nəzərinə!

28 iyun 2022-ci il tarixində Bakı şəhəri, Mir Cəlal küçəsi 15 ünvanında, saat 13:00-da Səhmdar Cəmiyyətin inzibati binasında "Bakelektroqaynaq" ASC-nin  səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. "Bakelektroqaynaq" ASC-nin 2019-cu, 2020-ci və 2021-ci maliyyə illəri  üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat  10:00-dan 17:00-dək Səhmdar Cəmiyyətin Bakı şəhəri, Mir Cəlal küçəsi 15 ünvanında yerləşən inzibati binasında Səhmdar Cəmiyyətin rəhbərliyinə müraciət  etməklə tanış ola bilərlər.