TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Cəmiyyətin balansında olan müxtəlif modelli avtokarlar üçün texniki qulluq və cari təmir xidmətlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər. (əlaqələndirici şəxs Samir Rüstəmov, telefon +994(55)500 17 90 və ya [email protected]).

İştirak haqqı: 250.00 (iki yüz əlli) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 250.00 (iki yüz əlli) manat məbləğində iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tender təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (Tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır);

1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

2. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı;

3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

4. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

5. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

6. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

7. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır);

8. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

9. Tələb olunan işlərin yerinə yetirilməsi üçün maddi-texniki bazası haqqında məlumat;

10.  Texniki servis mərkəzində işləyən mütəxəsislərin avtokar təmirinə hüququ olan təsdiq edilmiş sertifikatların surəti;

11.  İddiaçının texniki servis mərkəzinin texniki qulluq və cari təmir işlərində istifadə olunan ehtiyat hissələri və materiallar ilə təminatı barədə arayış;

12. İddiaçının son 3 (üç) illik anoloji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verməlidir:

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 02.06.2022-ci il saat 15:00 tarixinə qədər, tender təklifi və bank təminatı isə 10.06.2022-ci il saat 15:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 13.06.2022-ci il saat 15:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə həyata keçiriləcək. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün "Azərpambıq ASK" MMC-nin əməkdaşı Samir Rüstəmova (tel. +994 (55) 500-17-90, email: [email protected]) müraciət edə bilərsiniz.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.