Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar
Sosial həyat

Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümüdür.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

AZƏRTAC