Müdafiə Nazirliyi: İstifadəyə yararsız döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyası davam etdirilir
Digər xəbərlər

Müdafiə Nazirliyi: İstifadəyə yararsız döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyası davam etdirilir

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyasını davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüş sursatlarının utilizasiya prosesi mayın 11-dən 14-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

AZƏRTAC