TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsi (Əlaqələndirici şəxs: Abışev Murad Çingiz oğlu, Telefon: + 99 412 431 47 67/87 - daxili: 1087 E-mail: [email protected] və Novruzov İntizam Cəmil oğlu, Telefon: + 99 412 431 47 67 - daxili: 2259, E-mail: [email protected]) ala bilərlər.

İşlərin qısa təsviri:

Su şəbəkəsinin tikintisi və digər əlaqədar işlər.

Tenderdə iştirak haqqı: 500,00 (beş yüz) AZN

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti

VÖEN: 9900001751

Bank: "Kapitalbank" ASC-nin 1 saylı Nəsimi filialı

Kodu: 200112

VÖEN: 9900003611

Yerli valyutada hesab nömrəsi

AZ65AIIB33070019441100216111

Xarici valyutada hesab nömrəsi

AZ55AIIB33170018401100216111

M/h: AZ37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender iştirakçıları tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

- Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri;

- Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (Əlavə №19);

- Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (Şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;

- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Ədliyyə Nazirliyindən alınmış müvafiq arayış);

- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

- Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

- Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (Vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);

- Mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;

- Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);

- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (Son beş il (01 yanvar 2017 - 31 dekabr 2021) ərzində ümumi məbləği 4 milyon AZN-dən az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı iki sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, son beş il (01 yanvar 2017 - 31 dekabr 2021) ərzində ən azı 6 milyon AZN dövriyyə tələb olunur) və TMV 1.6-cı bəndində tələb olunan digər tələblər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV 1-ci və 2-ci bəndində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender iştirakçıları tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 02 iyun 2022-ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10 iyun 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətində 13 iyun 2022-ci il saat 16:00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.


TƏKRAR

"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ tərəfindən 2022-ci il üzrə dövlət büdcəsi vəsaiti hesabına Tədbirlər proqramlarına uyğun nəzərdə tutulan və Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrini dərman vasitələri, sarğı ləvazimatları və materialları ilə təmin etmək məqsədilə potensial imkanlara (işçi qüvvəsinə, müvafiq işlər üzrə təcrübəyə, aidiyyəti ixtisasa, maliyyə və texniki imkanlara) malik olan hüquqi və fiziki şəxsləri

Açıq tenderə dəvət edir

Lot 1 - Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması.

Tender təklifləri "bal" sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Üstünlük veriləcək meyarlar: ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafikə uyğun malların təhvil verilməsi.

Malların təchizat qrafiki müqavilə qüvvəyə mindiyi vaxtdan 31.12.2022-ci il tarixə kimi nəzərdə tutulmuşdur.

Tenderdə iştirak etmək istəyənlər 03 iyun 2022-ci il saat 17:00 tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər; - qeydiyyatdan keçdiyi ölkə, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və digər hüquqi sənədlərin notarial təsdiq olunmuş surətləri, hüquqi ünvanı və bank rekvizitləri;

- iddiaçının potensial (peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi və s.) imkanlarının olması haqqında məlumat;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması (yalnız dərmanlar üçün).

- analoji işlər üzrə bağlanmış müqavilələrin olması;

- Tender Komissiyasının zəruri saydığı digər arayış və sənədlər.

Tenderdə iştirak haqqı ödəməsinə baxmayaraq rəsmi müraciət etmiş iddiaçıların ixtisas uyğunluğu ilkin qiymətləndirilərək tender predmetini əhatə etməyən və ixtisası uyğun olmayan iddiaçılar kənarlaşdırılacaqdır. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderdə iştirak haqqı 1600 manat müəyyənləşdirilmişdir.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Alan: "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ

AZ 91 CTRE00000000000002128215(002741)

Fond 7 maddə 142330

VÖEN 1300242201

Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN: 1401555071

M/h AZ41NABZ 01360100000000003944      

Kod: 210005

SWIFT Bik CTREAZ 22

İddiaçılar Azərbaycan dilində hazırladıqları tender təkliflərini və təklifin 1 (bir) faizi məbləğində Bank təminatını (təklif zərfləri açıldığı gündən sonra azı 60 bank günü ərzində qüvvədə olmalıdır) bağlı zərfdə 13 iyun 2022-ci il tarixdə saat 18:00-a qədər "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ-yə (Ünvan: Bakı şəhəri, Hacı-Həsən ŞTQ, Xocasən qəs., ev 3, tel.: 346-11-33, faks: 346-03-16) təqdim etməlidirlər.

Gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə daxil edilərək imzalanmış, möhürlənmiş şəkildə olmalıdır. Zərfin üzərinə "14 iyun 2022-ci il tarixdə saat 15:00-a kimi açılmamalıdır" sözləri yazılmalıdır. Tender təklifləri açıldığı gündən sonra azı 30 bank günü ərzində qüvvədə olmalıdır.

Tender təklifləri olan zərflər 14 iyun 2022-ci il tarixdə saat 15:00-da "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ-də açılacaqdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.

Əlavə məlumat

www.Tender.Gov.az İnternet saytında yerləşdirilmişdir.