Bildiriş
Reklam və elanlar

Bildiriş

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

BİLDİRİŞ

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "LOT 1: ağac şpal, çevirici və körpü tirlərinin, LOT 2: yoldəyişən qurğu, çarpaz və çərçivə relslərinin, LOT 3: yolun üst quruluşu üçün mal-materialların" satın alınması ilə əlaqədar 20 aprel 2022-ci il tarixdə elan olunan açıq tenderdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi müddəti artırılaraq 26 may 2022-ci il saat 17:00-dək, tender təklifi və bank zəmanətinin təqdim edilməsi 1 iyun 2022-ci il saat 17:00-dək nəzərdə tutulmuşdur. İddiaçıların təklif zərfləri 2 iyun 2022-ci il tarixdə saat 11:00-da açılacaqdır.

Əlaqələndirici şəxs: aparıcı mütəxəssis Nilufər İsmayılova, tel: 012-499-73-54, 012-499-74-50.