Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub
Digər xəbərlər

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

Mayın 1-i saat 13:40-dan 17:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

AZƏRTAC