Kotirovka
Reklam və elanlar

Kotirovka

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ KARTRİCLƏRİN DOLUMU ÜZRƏ XİDMƏTİN KOTİROVKA SORĞUSU ÜSULU İLƏ SATINALINMASINA

(E-KOTİROVKA) DƏVƏT EDİR

Kotirovka 1 (bir) Lot üzrə keçirilir:

LOT-1. Kartriclərin dolumu üzrə xidmətin satınalınması

Kotirovkada iştirak haqqı: 100 manat

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış

- Maliyyə vəziyyəti haqqında bank arayışı

- İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış

- Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

- Nizamnamə, Rekvizitlər, Qeydiyyatdan keçdiyi ölkə

- İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları (malların orijinallığı barədə); Tonerlərin Beynəlxalq standart və İSO sertifikatları təqdim olunmalıdır

- Əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmaması barədə təsdiqedici sənəd

- Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

- Təklif edən şirkətin minimum 3 (üç) il analoji iş təcrübəsi olmalıdır

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri və təklifi 18.05.2022-ci il saat 18:00-a qədər təqdim etməlidirlər.

Zərflərin açılış tarixi və vaxtı: 19.05.2022-ci il tarixdə saat 10.00-da

QEYD: Kotirovka sorğusunda iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada Dövlət Satınalmalarının Vahid İnternet PORTALI vasitəsilə aparılır.