TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Bakımənzilavtomat" İxtisaslaşdırılmış İstehsalat İdarəsi lift ehtiyat hissələrinin satınalınması üzrə

AÇIQ TENDER ELAN EDIR

Tender 1 lotda keçirilir:

LOT 1. Lift ehtiyat hissələrinin satınalınması

Tender iştirakçılarına təklif edilir ki, http://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplsunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əldə edə bilərlər.

Hər bir iddiaçı tenderdə iştirak haqqı kimi:

LOT 1 – 250 manat

məbləğində pul vəsaitini aşağıdakı Bank hesabına köçürməlidir:

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Hesab AZ25IBAZ38060019449873117206

VÖEN 1400294761

Bank  "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nərimanov filialı

Kodu 805540

VÖEN 9900001881

M/H     AZ03NABZ01350100000000002944

SWIFT IBAZAZ2X

İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank arayışı);

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- tender təklifini və satınalma müqaviləni imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);

- iddiaçının analoji iş təcrübəsini təsdiq edən sənədlər, təqdim olunacaq malların mənşə və uyğunluq setifikatları;

- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;

- iddiaçının tender təklifi. Təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

- iddiaçının tender təklifinin bank təminatı (zərflər açıldığı gündən ən azı 60 bank günü müəyyən edilir və təklifin qiymətinin ən azı 1 (bir) %-ni təşkil etməlidir).

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə və ya razılaşma, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istina olmaqla) 25 may 2022-ci il saat 12:00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 03 iyun 2022-ci il saat 17:00-dək dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təklflər dövlət satınalmalarının vahid internet Portalında nəzərə alınmayacaqdır.

İddiaçıların təklifləri 06 iyun 2022-ci il saat 12:00-da dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL VASİTƏSİLƏ aparılır.