Kotirovka
Reklam və elanlar

Kotirovka

"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

KOTİROVKA SORĞUSUNA DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

JSB 160 modelli təkərli ekskavatorun servisi xidmətinin satın alınması

Kotirovka iştirakçılarına təklif edilir ki, öz kotirovka təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün kotirovka iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Kotirovkada iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər. (əlaqələndirici şəxs Elçin Hüseynov, telefon +994(55)500 51 12  və ya [email protected]).

İştirak haqqı: 100.00 (yüz) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 100.00 (yüz) manat məbləğində iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tender təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

2. Tələb olunan işlərin yerinə yetirilməsi üçün maddi-texniki bazası haqqında məlumat;

3. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı;

4. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

5. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

6. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

7. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

8. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır);

9. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

10. İddiaçının son 3 (üç) illik anoloji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verilməlidir:

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan kotirovka təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

İddiaçılar kotirovkada iştirak etmək üçün müvafiq sənədləri (kotirovka təklifi ilə birgə) 12.05.2022-ci il saat 16:00 tarixinə qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı  vasitəsi ilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 13.05.2022-ci il saat 16:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə həyata keçiriləcək. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün "Azərpambıq ASK" MMC-nin əməkdaşı Elçin Hüseynov ilə (tel. +994 (55) 500-51-12, email: [email protected]) müraciət edə bilərsiniz.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.