TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

AZƏRBAYCAN RESPUBLİKASI QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN TƏSƏRRÜFAT HESABLI TƏCHİZAT VƏ İSTEHSALAT İDARƏSİ MÜVAFİQ DÖVLƏT PROQRAMI ƏSASINDA RESPUBLİKANIN MÜXTƏLİF BÖLGƏLƏRİNDƏ MÜVƏQQƏTİ MƏSKUNLAŞMIŞ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏDİYİ SAHƏLƏRDƏ YENİ AVADANLIQLARLA TƏMİN ETMƏK ÜÇÜN AVADANLIQLARIN SATINALINMASI MƏQSƏDİLƏ

AÇIQ TENDER ELAN EDİR

1. Hazır məhsulun alınması

İştirak haqqı: 250 (iki yüz əlli) manat

Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun şərtləri əsasında keçirilir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 18.05.2022-ci il saat 15:00-dək, tender təklifi və bank təminatı sənədlərini 26.05.2022-ci il saat 15:00-dək portal vasitəsi ilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 27.05.2022-ci il saat 15:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderde iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.


"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Torna, frez və digər xidmətlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər. (əlaqələndirici şəxs Sona Əliyeva, telefon +994(55)500 13 84  və ya [email protected]).

İştirak haqqı: 150.00 (bir yüz əlli) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 150.00 (bir yüz əlli) manat məbləğində iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tender təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

2. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı;

3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

4. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

5. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır);

6. İddiaçının son 3 (üç) illik analoji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verməlidir:

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17.05.2022-ci il saat 15:00 tarixinə qədər, tender təklifi və bank təminatı isə 25.05.2022-ci il saat 15:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı  vasitəsi ilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 26.05.2022-ci il saat 16:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə həyata keçiriləcək. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün "Azərpambıq ASK" MMC-nin əməkdaşı Sona Əliyeva ilə (tel. +994 (55) 500-13-84, email: [email protected]) müraciət edə bilərsiniz.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.