TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"AzGerneft" MMC

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir:

Lot-1: "AzGerneft" MMC tərəfindən "Nasos kompressor boruları" satınalınması:

1.  /O 48,3 mm x 4.5 mm ("E" qrup) - 10.0 ton QOST 633-80

2.  /O 60.0 mm x 5,0 mm ("E" qrup) - 30.0 ton QOST 633-80

3.  /O 73,0 mm x 5.5 mm ("E" qrup) - 400.0 ton QOST 633-80

Lot-2: "AzGerneft" MMC tərəfindən "Dərinlik nasos ştanqları"(protektorla birgə) satınalınması:

1.   /O 19 mm "C" markası (protektorla birgə) - 3000 ədəd

2.  /O 22 mm "C" markası (protektorla birgə) - 1000 ədəd

Tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmiş ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər:

Lot-1 üçün 300 (üç yüz) manat

Lot-2 üçün 300 (üç yüz) manat

iştirak haqqını "AzGerneft" MMC-nin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

Bankın adı və rekvizitləri:

"AzGerneft" MMC

Yerləşdiyi ünvan: AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi, 7 nömrəli bina

Tel.: 451-36-04; 451-36-05

Faks: 451-34-90

Email ünvanı: [email protected]

VOEN: 9900047091

Bankın adı: ARBB Sabunçu filiali

VOEN: 9900001881

H/h: AZ67IBAZ40010019449957001212

M/h :AZ03NABZ01350100000000002944

Kod: 805573

SWIFT BIK IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar əsas şərtlər toplusunu AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi, 7 (əlaqələndirici şəxs: Amal Şirinova. Telefon: +99450 845 62 22 , elektron poçt ünvanı: [email protected]) ünvanından ala bilərlər.

 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır.

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2022-ci ildə notariusdan təsdiq edilmiş surəti);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakcilarından tələb olunan sənədləri 20 may 2022-ci il saat 17:00-a qədər bir nüsxədə, tender təklifi isə 23 may 2022-ci il saat 12:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi, 7 nömrəli ünvanına təqdim edilməlidir.

 Göstərilən vaxtdan gec təqdim olunmuş tender zərfləri açılmadan geri qaytarılacaqdır.

Tender zərflərin açılışı proseduru:

 LOT-1 - 23 may 2022-ci il saat 12:30-da;

 LOT-2 - 23 may 2022-ci il saat 13:00-da;

AZ1037, Bakı, Sabunçu rayonu, Ramana ŞTQ, Əmir Bağırov küçəsi, 7 nömrəli ünvanında "AzGerneft" MMC zalında keçiriləcəkdir.


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

LOT 1: ağac şpal, çevirici və körpü tirlərinin;

LOT 2: yoldəyişən qurğu, çarpaz və çərçivə relslərinin;

LOT 3: yolun üst quruluşu üçün mal-materialların

satın alınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27IBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 99000

07721

Bank: Azərbaycan Beynəlxalq Bankı ASC "Nəqliyyat" filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 13 may 2022-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

- son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əməkhaqqı, riskli vergi ödəyicisi olub-olmaması və s. haqqında arayış;

- malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat;

- malgöndərənin ("podratçı" və ya "Satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyestrdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

- malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);

- tender təklifi məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 19 may 2022-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə, 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat departamentinə (Satınalma şöbəsi, 1-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.

Telefon nömrəsi: +994 12 499-73-54;  e-mail: nil.ismayı[email protected]

Tender təklifləri 20 may 2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti, zəmanət müddəti və çatdırılma müddəti.

Tender "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.