TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

TENDERDƏ İŞTİRAKA DƏVƏT (TİD) "Daşkəsən Dəmir Filiz" MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Geoloji kəşfiyyat, topoqrafik planaalma, hidrogeoloji və geotexniki monitorinq tədqiqatlarının aparılmasına dair işlərin satın alınması

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənləşdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra ödəniş sənədini və tenderdə iştirak etmək üçün rəsmi müraciət ərizəsini "Daşkəsən Dəmir Filiz" MMC-nin Tender Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H, Əlaqələndirici şəxs: Anna Elyaşina, E-poçt: [email protected], Tel.: 012-505-02-02 (4009), I-V günlər, saat 09:00-dan 18:00-dək) təqdim etməklə Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu əldə edə bilərlər.

İştirak haqqı - 1500 (bir min beş yüz) AZN

Satınalan təşkilat: "Daşkəsən Dəmir Filiz" MMC

VÖEN: 4900437551

Bank : Paşa Bank ASC

KOD: 505141

Müxbir Hesabı: AZ82NABZ01360100000000071944

VÖEN: 1700767721

SWIFT PAHAAZ22

H/HESABI: AZ37PAHA38010AZNHC0100306452

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);

2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır);

3. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Arayış 2022-ci il ərzində verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);

5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2020-ci və ya 2021-ci il üzrə);

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir). Bank arayışı 2022-ci il ərzində verilmiş olmalıdır.

7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması (İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığını, təcrübəsini və ixtisaslı kadr, maddi-texniki baza barədə imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər təqdim edilməlidir (büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri, tövsiyə məktubları, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və mövcud sertifikatlar);

8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması; Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti (sənədin notarial qaydada təsdiq edilməsi mütləqdir);

9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Statistika Komitəsindən alınmalıdır. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);

10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır (əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir). Arayış 2022-ci il ərzində verilmiş olmalıdır;

11. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir;

12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; Məhkumluq haqqında arayış (DİN və ya ASAN xidmət mərkəzlərindən);

13. Digər müvafiq sənədlər (Əsas Şərtlər Toplusunda müəyyən edilmiş müvafiq sənədlər).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) təqdim olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 25 may 2022-ci il saat 15:00-a qədər, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş, imzalanmış və ikiqat zərfdə olmaqla 2 nüsxədə (əsli və surəti) 3 iyun 2022-ci il saat 15:00-a qədər "Daşkəsən Dəmir Filiz" MMC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender üzrə təklif zərflərinin açılışı 6 iyun 2022-ci il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanında keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.