TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR (təkrar)

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsi (Əlaqələndirici şəxs: Abışev Murad Çingiz oğlu, Telefon: + 99 412 431 47 67/87 - daxili 1087 E-mail: [email protected] və Novruzov İntizam Cəmil oğlu, Telefon: + 99 412 431 47 67 - daxili 2259, E-mail: [email protected]) ala bilərlər.

İşlərin qısa təsviri:

Su və kanalizasiya şəbəkəsinin tikintisi və digər əlaqədar işlər.

Tenderdə iştirak haqqı: 500,00 (beş yüz) AZN

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti

VÖEN: 9900001751

Bank: "Kapitalbank" ASC-nin 1 saylı Nəsimi filialı

Kodu: 200112

VÖEN: 9900003611

Yerli valyutada hesab nömrəsi

AZ65AIIB33070019441100216111

Xarici valyutada hesab nömrəsi

AZ55AIIB33170018401100216111

M/h:    AZ37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender iştirakçıları tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün ərizə;

- İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

- Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri;

- Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (Əlavə №19);

- Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (Şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;

- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Ədliyyə Nazirliyindən alınmış müvafiq arayış);

- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

- Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

- Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (Vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir)

- Mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;

- Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);

- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (Son beş il (01 yanvar 2017 - 31 dekabr 2021) ərzində ümumi məbləği 5 milyon AZN-dən az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı iki sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, son beş il (01 yanvar 2017 - 31 dekabr 2021) ərzində ən azı 9 milyon AZN dövriyyə tələb olunur) və TMV 1.6-cı bəndində tələb olunan digər tələblər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV 1-ci və 2-ci bəndində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender iştirakçıları tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28 aprel 2022-ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13 may 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətində 16 may 2022-ci il saat 16:00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.


"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti

TƏKLİFLƏR SORĞUSUNDA İŞTİRAK ETMƏYƏ DƏVƏT EDİR

"Azərbaycan Sənaye Korporasiyası" ASC Yaşıl neft koksunun kalsinasiyası və anod istehsalı zavodu layihəsinin qiymətləndirilməsi xidmətlərinin satın alınmasını həyat keçirir.

Tender proseduru "Dövlət satınalmaları haqqında" AR Qanuna uyğun keçirilir. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə edilmiş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14 ünvanından əldə edə bilərlər.

İştirak haqqı: 500 (beş yüz) manat

Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı"nın  Mərkəz filialı

Swift Code: IBAZAZ2X

Bankın ünvanı: Bakı, Z.Tağıyev  küçəsi,3

Müxbir hesabı: AZ03NABZ01350100000000002944

Kod: 805722

Bank VÖEN: 9900001881

Alan: Azərbaycan Sənaye  Korporasiyası ASC

Alanın hesabı: AZ31IBAZ38060019446065857204

VÖEN: 1305305281

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təkliflər sorğusunda iştirak edən İddiaçılar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:

1. Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Qiymət təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Qanunun 6.2.5-ci maddəsinə uyğun. Vergi orqanının rəsmi blankında olmalı, tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş olmalı, əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir);

5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı (Qanunun 6.2.1-ci maddəsinə uyğun. 2021-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin təsdiq olunmuş surəti, sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir);

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə tender elanı tarixindən sonra bank tərəfindən verilmiş arayış; (Qanunun 6.2.3-cü maddəsinə uyğun);

7. Nizamnamə (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Əgər dəyişiklik olmuşdursa, dəyişikliklə birlikdə notarial təsdiq olunmuş olmalı);

8.  Dövlət Reyestrindən çıxarış (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Sənəd notarial qaydada təsdiq olunaraq təqdim olunmalıdır);

9. Rekvizitlər (İddiaçının bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə);

10. İddiaçı haqqında məlumat (əsas fəaliyyət sahəsi, işçi qüvvəsi, maddi-texniki bazası, təcrübəsi, yaranma tarixçəsi və sair);

11. Son 10 (on) il ərzində dəyəri 50 mln (əlli milyon) ABŞ dollarından çox olan yaşıl neft koksunun kalsinasiyası, anod istehsalı zavodunun qurulması və ya alüminium sənayesi layihələri üzrə texniki-iqtisadi əsaslandırmaların siyahısı (layihənin adı, icra yeri, büdcəsi, müddəti və digər ümumi məlumatlar daxil olmaqla) (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Sənəd iddiaçının rəsmi blankında imzalı təqdim olunmalıdır.);

12. Müvafiq sənaye layihələrinin hazırlanmasında ən azı 10 (on) il təcrübəyə malik olan layihə rəhbərinin tərcümeyi-halı (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Layihələrdə iştirakı, tapşırığın detalları, ölkəsi, müddəti, büdcəsi ilə bağlı məlumatları əks etdirən CV);

13. Texniki aspektlərin həllinə cəlb olunmuş mütəxəssislərin ən azı 7 (yeddi) il yaşıl neft koksunun kalsinasiyası və anod istehsalı layihələrində, digər aspektlər üzrə cəlb olunan mütəxəssislərin isə müvafiq sahələrdə və texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında ən azı 5 (beş) il iş təcrübəsinə sahib olmasını əks etdirən tərcümeyi-halı (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Layihələrdə iştirakı, tapşırığın detalları, ölkəsi, müddəti, büdcəsi ilə bağlı məlumatları əks etdirən CV);

14. Cəlb olunan mütəxəssislərin və ya ekspertlərin (o cümlədən layihə meneceri və məsləhətçilərin) öz fəaliyyət sahələrində beynəlxalq sertifikatlarının (ACCA, CFA, PMP və ya ekvivalentləri) surəti;

15. İşin icra metodologiyası, iş bölgüsü və qrafiki haqqında ətraflı məlumatı əks etdirən sənəd.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 20 may 2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, "ASK VİLLA" ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 23 may 2022-ci il saat 14:30-da yuxarıda qeyd olunan ünvanda video konfrans formatında keçiriləcəkdir. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin əməkdaşı Fərid Mahmudova (tel.: +994 (77) 277-11-06; +994 (12) 505-95-11 (daxili - 420) və [email protected]) müraciət edə bilərsiniz.


"Azerbaijan Industrial Corporation" Open Joint Stock Company

INVITES YOU TO PARTICIPATE IN THE REQUEST FOR PROPOSAL

"Azerbaijan Industrial Corporation" OJSC is conducting the procurement of the project evaluation for green petroleum coke calcination and anode production plant.

The tender procedure is held in accordance with the "The Law of The Republic of Azerbaijan on Government Procurements". Companies willing to participate as a bidder in the tender may obtain the Terms of Reference compiled in Azerbaijani and translated into English from 14 Izmir Street, Yasamal district, Baku, after transferring the following amount of participation fee to the specified account.

Participation fee: 250 EURO

Bank Details:

Correspondent Bank: Commerzbank AG, Frankfurt am Main

SWIFT: COBADEFF

Beneficiary Bank: The International Bank of Azerbaijan

SWIFT: IBAZAZ2X

Beneficiary: Azerbaijan Industrial Corporation OJSC

Beneficiary account No:

AZ98IBAZ38160019786065857204

TIN: 1305305281

Additional correspondent bank: 400 88 66030 01 EUR

OR

Participation fee: 300 USD

Bank Details:

Correspond

ent Bank: Citibank NA, New York

SWIFT: CITIUS33

Beneficiary Bank: The International Bank of Azerbaijan

SWIFT: IBAZAZ2X

Beneficiary: Azerbaijan Industrial Corporation OJSC

Beneficiary account No: AZ21IBAZ38160018406065857204

TAX INN: 1305305281

Additional bank correspondents: American Express Bank LTD, New York, SWIFT: AEIBUS33

Additional bank correspondents: JP Morgan Chase Bank, New York, SWIFT: CHASUS33

The participation fee is non-refundable in any case.

Bidders participating in the Request for Proposal shall present the following documents:

1. Written application to participate in the Request for Proposal;

2. Bank statement confirming the payment of the participation fee;

3. Price proposal (must be valid for at least 60 (sixty) banking days following the bid opening date);

4. Statement received from relevant tax authority on the absence of any overdue taxes or other mandatory payments required by the legislation of the Azerbaijan Republic or any failure to perform the duties specified by the Tax Code of the Azerbaijan Republic for taxpayers during the last one year (excluding the period of suspended activities) (it shall be on official letter of the Tax Authority in accordance with Article 6.2.5 of the Law, shall be issued on the date following the tender announcement date and if submitted electronically, notarisation is obligatory);

5. Financial statement of the Bidder for the last year issued by tax authorities (in accordance with Article 6.2.1 of the Law, approved copy of the profit (income) tax statement for 2021 submitted to the tax authorities and, if submitted electronically, notarisation is obligatory);

6. Bank statement issued after the announcement of the tender about the financial position of the Bidder for the last year (or for the entire activity period if the Bidder was established less than a year ago (in accordance with Article 6.2.3 of the Law);

7. Charter (in accordance with Article 6.2.1 of the Law. To be notarized as amended);

8.  Company Registration document from State authorities (in accordance with Article 6.2.1 of the Law. The document shall be provided as notarized);

9. Company requisites (bank details, legal and billing addresses);

10. Information about the Bidder (main activity area, workforce, logistics, experience, etc.);

11. List of feasibility studies for green petroleum coke calcination, anode production plant construction or aluminium industry projects in the amount of over 50 million (fifty million) US dollars for the last 10 (ten) years (including the description, location, budget, duration, and other general information about the project) (in accordance with Article 6.2.1 of the Law. The document shall be submitted in a signed official letter of the Bidder.);

12. CV of the project manager who has at least 10 (ten) years of experience in preparation of relative industry projects (in accordance with Article 6.2.1 of the Law. CV including the information about participation in projects, task details, country, duration, budget);

13. CVs of specialists involved in the development of the technical aspects who have at least 7 (seven) years of experience in the green petroleum coke calcination and anode production projects and experts involved in the development of the other aspects who have at least 5 (five) years of experience in relevant industry projects and the preparation of a feasibility study ((in accordance with Article 6.2.1 of the Law. CV including information about participation in projects, task details, country, duration, budget);

14. Copies of internationally recognized certificates (ACCA, CFA, PMP or equivalents) of the involved professionals or experts (including project manager and consultants) in their fields of activity;

15.  The document including information about the methodology, distribution of work plan and time schedule

To participate in the tender, bidders shall submit the respective documents in a sealed envelope signed on both sides and delivered on or before 20 May 2022 by 17:00 to 14, Izmir Street, Yasamal District, Baku city, ASK VILLA centre. Any envelope received after the deadline for submission shall be returned unopened to the Bidder. The envelopes will be opened on 23 May 2022 at 14:30 by video-conferencing at the above-mentioned address.  For additional information related to the main tender documents can be obtained by contacting Farid Mahmudov, Azerbaijan Industrial Corporation OJSC (Phone: +994 (77) 277-11-06; +994 (12) 505-95-11 (ext-420) and [email protected]).