Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi
Reklam və elanlar

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi

Nazirlər Kabinetinin 05 mart 2022-ci il tarixli 140s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları"na əsasən Milli Aerokosmik Agentliyi 2022-ci il üçün aşağıdakı ixtisaslar üzrə qəbul elan edir. Qəbul planı:

Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

* Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi təşkilatın rəhbərinin adına);

* Kadrların şəxsi qeydiyyat vərəqi (3x4 sm ölçüdə 4 ədəd fotoşəkillə birlikdə);

* Tərcümeyi-hal;

* İş yerindən xasiyyətnamə;

* İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

* Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

* Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun surəti (xarici ölkələrdə təhsil almış 

Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

* Şəxsiyyəti təsdiq edən sənədin surəti;

* Fəlsəfə doktoru elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üçün)

Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin fəlsəfə və ixtisas fənləri üzrə qəbul imtahanının keçirilməsi 2022-ci il sentyabr ayında nəzərdə tutulmuşdur.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 5 may 2022-ci il tarixinə qədər hər gün (şənbə, bazar günü və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aşağıdakı ünvanda qəbul edilir:

Az1106, Bakı şəhəri, 8-ci mikrorayon, 3123 məh., S.S Axundov küç.1.

Tel.: (012) 562-96-07

https://nasa.az