ELAN
Reklam və elanlar

ELAN

"Qaradağ-Nəqliyyat" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!

11 may 2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi 55, Yeni Həyat Plaza, 4-cü mərtəbə, ofis 15 ünvanında yerləşən "Qaradağ-Nəqliyyat" Açıq Səhmdar Cəmiyyətinin inzibati ofisində Cəmiyyətin səhmdarlarının növbədənkanar ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyinə aşağıdakı məsələ daxildir:

- Cəmiyyətin Nizamnaməsində dəyişiklik edilməsi haqqında.

Yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün səhmdarlar hazırkı elanda göstərilən ünvanda həftənin 1-5 günlərində (iş günü hesab olunmayan bayram günləri və iş günü hesab olunmayan digər günlər istisna olmaqla) saat 11:00-dan saat 16:00-a kimi müraciət edə bilərlər. Müraciət olunduğu halda həmin materiallarla tanış olmaq üçün səhmdarlara lazımi şəraitin yaradılması təmin ediləcəkdir.

Elçin NƏBİZADƏ,

"Qaradağ-Nəqliyyat" ASC-nin direktoru.